AZ

Naxçıvanda yeni tədris ilində 3797 şagird birinci sinfə başlayıb

 
 

e01d996d3f8f54f10ed1fb42a0be419d.jpg
16.09.2024 16:40

2024-2025-ci tədris ilində Naxçıvan Muxtar Respublikasında (MR) orta məktəblərdə 3797 şagird birinci sinfə başlayıb.

 

Bu barədə TED.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, eyni zamanda, 3797 uşaq birinci sinfə gedəcək, 3171 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. Ümumilikdə isə 52 mindən artıq şagird təhsil alacaq.

 

Qeyd edək ki, bu tədris ilinin ilk dərsi “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.

TED + bölməsindən digər xəbərlər

Daha çox