AZ

Naxçıvanda STEAM Təlim-Tədris Mərkəzinə şagird qəbulu başlayır

 

2b363d5794e415c3f785f23fdf6f9991.jpeg
18.09.2024 11:40

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən STEAM Təlim-Tədris Mərkəzinə sentyabrın 18-dən şagird qəbuluna başlanılır.

 

Nazirliyin mətbuat xidmətindən TED.az-a mərkəzdə proqramlaşdırma, 3D Printer və 3D Modelləşdirmə, CNC lazer texnologiyaları, STEAM Kids, pilotsuz uçuş texnologiyaları sahələri fəaliyyət göstərəcək. Qəbul üçün şagirdin 3x4 (2 ədəd) şəkli və şəxsiyyət vəsiqəsinin surəti təqdim olunmalıdır.

 

Dərslər oktyabrın 1-də başlayacaq və hər bir sahə üzrə həftədə 2 dəfə olmaqla, 14:30-dan 16:30-a kimi tədris ediləcək. Qəbul olunan şagirdlər mərkəzin mütəxəssisləri tərəfindən bacarıqları və maraqları nəzərə alınaraq müvafiq kabinələrdə təlimə başlayacaqlar.

Elm bölməsindən digər xəbərlər

Daha çox