AZ

“Digital Azerbaijan Talent School” təlim düşərgəsinin bağlanış mərasimi keçirilib

 

a310d27fe584f52843a82f8b74d9c87e.jpg
13.09.2024 10:20

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) və Almaniyanın nüfuzlu universitetlərindən olan “Constructor University”nin birgə təşəbbüsü ilə keçirilən “Digital Azerbaijan Talent School” təlim düşərgəsinin bağlanış mərasimi baş tutub.

 

Agentlikdən TED.az-a bildirilib ki, tədbirdə İRİA-nın İdarə Heyətinin sədri İnarə Vəliyeva, “Rəqəmsal Akademiya” proqramının direktoru Aleksey Qusev, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik məktəbinin dekan müavini Vüqar Musayev və “Constructor University”nin Beynəlxalq tərəfdaşlıq üzrə direktoru Hande Baltacı çıxış ediblər.

 

““Constructor University” ilə əməkdaşlıq sayəsində Avropanın ən yaxşı təcrübələrini ölkəmizə gətirmək fürsətini qazandıq. “Constructor University” Almaniyanın İKT sahəsində peşəkar özəl universitetidir və bakalavr, magistr və doktorantura dərəcələri üzrə təhsil verir. Universitetdə 120-dən çox ölkədən olan tələbələr təhsil alır, onların 92 faizi əcnəbidir. Həmçinin universitetin müəllim heyətinin 33 faizi beynəlxalq təcrübəyə malikdir. “Constructor University” Avropanın ən çox beynəlxalq tələbəsi olan universitetlərindən biridir”, - deyə İ.Vəliyeva əlavə edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox