AZ

Naxçıvanda I siniflərə 3713, məktəbəhazırlıq qruplarına isə 3017 uşaq qəbul olunub

 

79771dc077fabf0de5537d1567e7a343.jpg
12.09.2024 10:20

2024-2025-ci tədris ili üzrə I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi sona çatır.

 

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin mətbuat xidmətindən TED.az-ın bildirilib ki, hazırda muxtar respublikada 1-ci siniflərə 3713, məktəbəhazırlıq qruplarına isə 3017 uşaq qəbul olunub.

 

Övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə, eləcə də məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər ölkə üzrə mərkəzləşmiş qaydada mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq, məktəb və müəllim seçimi edə bilərlər.

 

Qeyd edək ki, qeydiyyat prosesi sabah saat 18:00-da başa çatır.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox