AZ

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi ilə Milli Observatoriya arasında əməkdaşlıq memorandumu imzalanıb

 

8ad8201f582c9d0be5b4816a74de9c3c.jpg
18.09.2024 11:57

Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi agentliyin direktoru Ülkər Səttarova və Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli imzalayıblar.

 

Agentlikdən TED.az-a bildirilib ki, memoranduma əsasən tərəflər əmək bazarının tələblərinə uyğun olaraq ixtisaslı kadr hazırlığına dair tələbatın müəyyən edilməsi, ali və orta ixtisas təhsil müəssisələrinin məzunlarının əmək bazarında məşğulluq vəziyyətinin təhlil edilməsi istiqamətində əməkdaşlıq edəcəklər.

 

Əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrinə qəbul, yeni ixtisasların açılması üçün təkliflərin hazırlanıb təqdim olunması və məzunların göstəricilərinin statistik məlumatlar əsasında təhlili, əmək bazarında ixtisaslar, bacarıq və səriştələrə olan tələb haqqında ictimaiyyətin mütəmadi məlumatlandırılması, aktual problemlərin şərhinin verilməsi istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.

TED + bölməsindən digər xəbərlər

Daha çox