AZ

“InMerge İnnovasiya Sammiti”nə 1 ay qaldı!

7de082a38bb7bd60d3522d18a320946f.jpg
12.09.2024 10:00

Bu il 10-11 oktyabr tarixlərində “PAŞA Holding”in təşkilatçılığı ilə Bakıda baş tutacaq “InMerge İnnovasiya Sammiti”ndə müasir texnologiya və biznesin gələcəyini formalaşdıran müxtəlif transformativ sahələr diqqət mərkəzində olacaq.

 

Belə ki, müzakirə olunacaq mövzular sırasında “Fintech”, “Telekommunikasiya”, “E-ticarət”, “Süni intellekt”, “Marketinq”, “Insurtech” kimi önəmli və hazırda trend hesab edilən mövzular olacaq. Bundan əlavə, “yeni iqtisadiyyat” vertikalında qabaqcıl texnologiyaların istehsal innovasiyasını necə idarə etdiyi kimi mövzular müzakirə ediləcək.

 

Sammit zamanı həyata keçiriləcək startaplar müsabiqəsi 25 min dollar mükafat fonduna malik olacaq. Bununla yanaşı, startap sahibləri həm investorlar tərəfindən investisiya, həm də “PAŞA Holding” tərəfindən əlavə 200 min dollaradək yatırım əldə edə biləcəklər.

 

Xatırladaq ki, tədbirdə “YouTube”un həmtəsisçisi Steve Chen, “Amazon”un baş texnologiya direktoru Werner Vogels və Harvard Biznes Məktəbinin professoru Linda Hill kimi tanınmış spikerlər çıxış edəcək.

 

Əlavə məlumat və biletlərin əldə edilməsi üçün www.inmerge.az saytına daxil olun.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox