AZ

DİN Formula 1 yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısını açıqlayıb

 

18353c5e4082acd8f6f8ae8be52f465f.jpg
13.09.2024 10:00

Daxili İşlər Nazirliyi (DİN) Bakıda təşkil olunan “Formula 1 Qatar Airways Azərbaycan Qran Pri 2024” yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən TED.az-a bildirilib ki, ictimai asayişə potensial zərər və zədə gətirə biləcək əşyaların yarışlar zamanı azarkeş zonasına, yarışların keçirildiyi məkana gətirilməsi qadağandır.

 

Həmçinin:

 

- Heyvanlar (fiziki məhdudiyyətli insanlara yardım göstərən xidməti heyvanlar istisna olmaqla);

 

- Spirtli içkilər, su qabları və hər növ içki qablaşdırmaları (qadağa uşaq üçün olanlara aid deyil);

 

- Qidalar və içkilər (qadağa uşaq üçün olanlara aid deyil);

 

- Odlu silah, soyuq silah və digər qeyri-döyüş silah oxşarları, fişənglər, alovlandırıcılar;

 

- Lazer işıqları, rolik, skeytbord, seqvey, velosiped, skuter;

 

- Oturacağın altına yerləşməyən iri əşyalar, oturacaqlar və əyləşmək üçün digər ləvazimatlar (fiziki məhdudiyyətlilər istisna olmaqla);

 

- Dronlar və digər uçan cihazlar;

 

- Meqafon və buna oxşar cihazlar daxil olmaqla səs gücləndiriciləri və musiqi alətləri;

 

- Soyuducu qutular, piknik üçün səbətlər;

 

- Provokativ rəmzlər və şəkillər, dini, siyasi ifadələr və şüarlar, təhqiredici banerlər və əşyalar;

 

- İri əşyalar və bel çantaları;

 

- Tutacağı 1 metrdən uzun olan bayraqlar və çətirlər;

 

- Peşəkar video çəkən cihazlar və obyektivi 30 sm-dən uzun olan fotokameralar yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyalar siyahısına daxildir.

 

Qeyd edək ki, bu gün Bakının sayca səkkizinci dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-Prisinə start veriləcək. Yarışın ilk günündə Formula 1 və Formula 2 üzrə sərbəst yürüş və sıralama turu təşkil olunacaq. Sentyabrın 14-də Formula 1 üzrə sərbəst yürüş və sıralama turu, Formula 2 üzrə sprint yarışı keçiriləcək. Nəhayət sonuncu gün - ayın 15-də əsas yarış baş tutacaq.

TED + bölməsindən digər xəbərlər

Daha çox