AZ

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

55c2af4d92877816cdb0340c29fb34aa.jpg
05.09.2024 10:40

Sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

 

Bu barədə TED.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, - deyə məlumatda bildirilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox