AZ

Ələt-Astara-İran yolunda hərəkət məhdudlaşdırılacaq

 

760196c50ed3e8b0c684fb4903a8e316.jpg
05.09.2024 11:20

M-3 Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində (Xıdırlı ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar sentyabrın 6-dan başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkətinin qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardan keçmə yolu ilə təşkil ediləcək.

 

Bu barədə TED.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

TED + bölməsindən digər xəbərlər

Daha çox