AZ

Azərbaycanın sənaye zonalarında 41 milyon manatlıq avtomobil satılıb

 

c830d7e5a420fd0e93399432f9aee526.jpg
05.09.2024 12:40

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında fəaliyyət göstərən avtomobil istehsalı müəssisələrində müsbət dinamika müşahidə edilir.

 

İZİA-dan TED.az-a bildirilib ki, cari ilin I yarımilində Hacıqabul Sənaye Parkında 38 milyon manatlıq 1323 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 3,2 milyon manatlıq 203 ədəd avtomobil satışı həyata keçirilib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 20 faiz artım deməkdir.

 

Sənaye zonalarında sözügedən dövr ərzində “Chevrolet”, “Isuzu”, VGV, UAZ, “Lada”, “Khazar” və s. markalı avtomobillər istehsal edilib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox