AZ

COP29 ilə əlaqədar elektron viza portalı istifadəyə verilib

7be92385835b253270268ddd77365a37.jpg
05.09.2024 13:50

COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verilib.

 

TED.az xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) katibliyindən bildirilib.

 

Məlumata görə, hökumət rəsmi elektron vizalar portalı, eləcə də Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə xüsusi giriş vizaları verəcək.

 

COP29 vizası, rəsmi elektron vizalar portalında və ya diplomatik nümayəndəliklərdə tam onlayn müraciət təqdim edildikdən sonra üç iş günü ərzində verilir.

 

Qeyd edək ki, 25 sentyabr tarixində Azərbaycan BMT-nin 79-cu Baş Assambleyasında Qlobal İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq təşkil edəcək.

 

Noyabr ayında Azərbaycanda keçiriləcək BMT İqlim Dəyişikliyi Konfransının (COP29) 29-cu sessiyası haqqında qərar ötən ilin dekabrında Dubayda keçirilmiş COP28 plenar iclasında qəbul edilmişdi. Bakı 2 həftə ərzində təxminən 70-80 min xarici qonağı qəbul edəcək.

 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilmiş Yer kürəsi Sammitində imzalanmış, iqlim sisteminə insan müdaxiləsini önləmək məqsədini güdür. COP (Conference of Parties) "Tərəflər konfransı" deməkdir və Çərçivə Konvensiyasının həyata keçirilməsini nəzarət edən ən yüksək qanunverici orqandır.

 

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin başqa bir həlli yoxdursa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci il mart ayında Berlin şəhərində keçirilib və katibliyi Bonn şəhərində yerləşir.

TED + bölməsindən digər xəbərlər

Daha çox