AZ

"Instagram"dan möhtəşəm YENİLİK

 

351b58ea9284db5b69689e547ec2856e.jpg
05.09.2024 14:57

"Instagram" sosial şəbəkəsi "hekayə" bölməsində müvəqqəti paylaşımlara şərh yazmaq imkanı əlavə edib.

 

TED.az-ın verdiyi məlumata görə, bu barədə "The Verge" xəbər yayıb.

 

Əvvəllər, əgər istifadəçi "hekayə"yə cavab verirdisə, "Instagram" bunu yalnız məzmunu paylaşan şəxsə görünən şəxsi mesaj kimi göndərirdi.

 

Məlumata görə, yenilikdən sonra "hekayə"yə hər kəsə açıq şərh yaza bilərlər, ancaq bu yalnız postun müəllifini izləyənlər və müəllifin abunə olduğu insanlar üçün əlçatan olacaq.

 

"Hekayə"lər kimi, şərhlər də müvəqqətidir və 24 saata qədər davam edəcək. İstifadəçilər paylaşdıqları hər hansı bir "hekayə" üçün şərhləri aktivləşdirmək və ya söndürmək imkanına malik olacaqlar.

 

Hekayə postunun müddəti bitdikdən sonra şərhlərin arxivləşdirilib-arxivləşdirilməyəcəyi açıqlanmayıb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox