AZ

“Azercell” yeni tədris ili münasibətilə “Honor+SuperSən” kampaniyasına start verir!

0d8fa6574053ed0011a2835ff7817b4d.jpg
05.09.2024 15:20

“Honor” cihazlarını əldə edən abunəçilərə “SuperSən” tarif paketlərinə 50 faiz endirim

 

Yeni tədris ilində “Honor” smartfonları və “SuperSən” tarif paketi daha əlçatandır! Qarşıdan gələn tədris ilində abunəçilərini daha da sərfəli internet və danışıq xidmətləri ilə təmin etməyi hədəfləyən “Azercell Telekom” MMC yeni kampaniyaya start verir.

 

Xüsusi təklifə əsasən, “Honor” smartfon və ya planşetini “Azercell”in satış mərkəzlərindən 229 manatdan başlayan qiymətlərlə alan abunəçilər, 6 ay müddətinə “SuperSən 6GB”, “SuperSən 10GB”, “SuperSən 20GB” və ya “SuperSən 30GB” tarif paketlərinə 50 faiz endirim əldə edəcəklər. Tarif paketini aktivləşdirmək üçün müvafiq açar sözünü 7575 qısa nömrəsinə göndərmək kifayətdir.

 

Tarifi USSD kod və ya “Azercell” tətbiqi vasitəsilə də aktivləşdirmək olar. Qeyd edək ki, “SuperSən” paketləri 6 aylıq endirim müddətindən sonra avtomatik şəkildə standart qiymətlərlə yenilənəcək.

 

Kampaniyadan 30.09.2024-cü il tarixinədək yararlanmaq olar. Daha ətraflı məlumat üçün bit.ly/acell_honor_az səhifəsinə keçid etməyiniz xahiş olunur.

 

“Azercell”in yeni kampaniyasından yararlan və qarşıdan gələn tədris ilinə tam hazır ol!

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox