AZ

XRİTDX: Azərbaycanın dövlət qurumlarına kiberhücumlar azalıb

 

522afafb67115a549c5f42c880e68941.jpg
05.09.2024 15:40

Bu ilin yanvar-avqust aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 675 kiberhücum indikatoru (IOC) müəyyən edib.

 

TED.az  XRİTDX-in Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin yaydığı hesabata istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz azdır.

 

Belə ki, kibertəhdidlərin 340-ı daxili araşdırma, 335-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən edilib və bloklanıb.

 

Təkcə bu ilin avqustunda 52 kiberhücum müəyyən olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə azdır.

 

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 560,7 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 3 milyon 43 min 900, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 170 min 768 zərərverici tərkibli elektron sənəd blok edilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox