AZ

NİİM: Bu il avtomobil qəzaları nəticəsində 20-dən çox işıqfor sıradan çıxıb 

 

bbe585248ec4dc12a5c5585262d6e45b.jpg
06.09.2024 12:20

Ötən gün axşam saatlarında Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) TED.az-a verilən məlumata görə, qəza zamanı 1 ədəd piyada işıqforu yararsız hala düşüb. “Bəzi sürücülərin avtomobil idarə edərkən sürət həddinə əməl etməməsi, işıqforun qırmızı işığından keçməsi bu qurğunun və onun idarəetmə qutusunun yararsız hala düşməsi ilə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

 

Cari ilin əvvəlindən bu vaxta qədər avtomobil qəzaları nəticəsində 20-dən çox işıqfor sıradan çıxıb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən həmin işıqforların yenisi ilə əvəz edilməsi istiqamətində qısa vaxt ərzində işlər görülüb. Ancaq yararsız vəziyyətə düşən işıqforların yenisi ilə əvəz edilməsi bir neçə gün çəkdiyini nəzərə alsaq, təbii ki, qəzalar zamanı yaranan bu problemdən əziyyət çəkən elə sürücülərin özləri və piyadalar olurlar. Buna görə də bir daha bildiririk ki, sürücülər, xüsusilə də yol kəsişmələrinə daxil olduqda sürət həddinə və işıqforun tələblərinə ciddi əməl etsinlər”, - deyə NİİM-in açıqlamasında bildirilib.

 

 

Dünya bölməsindən digər xəbərlər

Daha çox