AZ

“Samsung” səhmlərinin geri alınmasına $7.2 mlrd. xərcləyəcək

8090a0156657b33a5a739788d38a5ba7.jpg
15.11.2024 10:40

Cənubi Koreyanın “Samsung Electronics” korporasiyası 10 trilyon von (7.2 milyard dollar) dəyərində səhmləri geri almağı planlaşdırdığını açıqlayıb. Şirkət “səhm kapitalının dəyərini artırmaq” istədiyini və il ərzində 50.1 milyon adi, 6.9 milyon imtiyazlı səhmi geri almağı planlaşdırdığını bildirib. Qeyd edək ki, “Samsung” 2017-ci ildən bəri ilk dəfə geri alış həyata keçirir.

 

Oktyabrın sonunda “Samsung” üçüncü rübdə gəlirinin 17%, mənfəətinin isə 73% artdığını açıqlayıb. Güclü ümumi nəticələrə baxmayaraq, investorlar yarımkeçiricilər bölməsinin rüblük gəlirinin 40% azalması ilə bağlı narahatdırlar. “Samsung” bəyan edib ki, o, süni intellekt sistemləri üçün qabaqcıl çiplərin satışını artırmağı hədəfləyir. Şirkət bu sahədə “Nvidia” və “SK Hynix” ilə rəqabət aparır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox