AZ

DSMF: On bir ayda 93 mindən çox elektron arayış alınıb

 

079dba0e3be590fa4d8be661ee1c0b41.jpg
04.12.2024 17:20

Bu ilin yanvar-noyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 93 min 190 elektron arayış alınıb.

 

Bu barədə TED.az-a fondun mətbuat xidmətindən məlumat verilib.

 

Həmin arayışların 28 min 399-u pensiya, 41 min 250-si müavinət və təqaüd, 11 min 970-i fərdi şəxsi hesab, 2 min 908-i ünvanlı dövlət sosial yardımı, 1 306-sı torpaq pay mülkiyyətçisi, 1 967-si sosial sığorta şəhadətnamə nömrəsi, 1 761-i şəhid ailəsi üzvü, 758-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 1 368-i sağlamlıq imkanları məhdud olan uşaqlar, 1 448-i əlilliyi olan şəxslərə qulluq, 55-i Milli qəhrəmanların ailə üzvləri ilə bağlı olub.

TED + bölməsindən digər xəbərlər

Daha çox