AZ

Ucqar yerlərdə məktəbəqədər təhsili təmin edən yeni model yaradılıb

 

124859023e69e33dacbc0e966f15ef45.jpg
04.12.2024 17:40

“Çətin əlçatan ərazilərdə məktəbəqədər təhsili təmin edən bir model yaradılıb. Bu model ənənəvi modellərlə müqayisədə 10 dəfə daha ucuz başa gəlir”.

 

TED.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” II beynəlxalq konfransda deyib. O bildirib ki, xüsusilə kənd yerlərində bu prosesi genişləndirmək çətindir: “Bakıda və ətraf ərazilərdə (Xəzər, Abşeron, Masazır, Ceyranbatan və s.) əhali sıxlığı daha yüksəkdir, buna görə də bu bölgələrdə yeni yerlər təşkil etmək daha çətin olur. Əhalinin qeyri-proporsional yerləşməsi müəyyən problemlər yaradır və hər yerdə bu modeli tətbiq etmək çətinləşir. Bu problemlərin həlli üçün yeni yanaşmalar tətbiq etmək lazımdır. Məsələn, əhali sıxlığı daha yüksək olan ərazilərdə dövlət-özəl tərəfdaşlığı modeli tətbiq etmək məqsədəuyğun ola bilər”.

TED + bölməsindən digər xəbərlər

Daha çox