AZ

Papa Fransiskə yeni elektrik avtomobili hədiyyə edilib

 

62730ed9a91660a9d01c6c610d65554c.jpeg
04.12.2024 19:57

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskə “Mercedes” markalı müasir texnologiyalarla təchiz edilmiş yeni avtomobil hədiyyə olunub.

 

TED.az xəbər verir ki, “Papamobile” adlı unikal əl işi olan tam elektriklə işləyən avtomobil “G-Class” modeli əsasında hazırlanıb. “Mercedes-Benz” şirkəti Vatikanda hər 25 ildən bir təşkil olunan Müqəddəs Yubiley İli münasibətilə Papa Fransiskə onun üçün xüsusi olaraq istehsal edilmiş üstüaçıq avtomobili hədiyyə edib.

 

Şirkətin müxtəlif ofislərindən olan mütəxəssislər qrupu Vatikan nümayəndələri ilə təxminən bir il ərzində avtomobili Papa Fransiskin ehtiyaclarına uyğunlaşdırmaq üçün çalışıblar. Əvvəlki “Papamobile” kimi bu avtomobil də ağ rəngdədir və “SCV1” nömrə nişanını daşıyır.

 

“Mercedes-Benz” Qrupunun baş direktoru Ola Kallenius və digər yüksək səviyyəli nümayəndələr Vatikanda Papa Fransisklə görüşüb, avtomobilin açarını təqdim ediblər.

Dünya bölməsindən digər xəbərlər

Daha çox