AZ

Şamaxı regional “ASAN xidmət” mərkəzində ötən 5 ildə 642 minə yaxın müraciət qeydə alınıb

 

b63ab56004078b711ee7afa9a8d94c97.jfif
06.12.2024 11:20

Şamaxı “ASAN Həyat” kompleksinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2019-cu il dekabrın 5-də keçirilib. Kompleksin ərazisində “ASAN xidmət” mərkəzi, ABAD mərkəzi, təlim mərkəzi və “ASAN kafe” fəaliyyət göstərir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən TED.az-a verilən məlumata görə, Şamaxı regional “ASAN xidmət” mərkəzi 2019-cu il dekabrın 24-də fəaliyyətə başlayıb. Mərkəz Şamaxı, Ağsu, Qobustan, İsmayıllı və Göyçay rayonlarında qeydiyyatda olan 450 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Fəaliyyət göstərdiyi müddət ərzində 642 minə yaxın vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir.

 

Kompleksdə fəaliyyət göstərən 70 nəfər tutumu olan təlim mərkəzi var.

 

Bundan başqa, kompleksin həyətində vətəndaşların asudə vaxtlarını xoş keçirmələri üçün park salınıb. Parkın ərazisində fəvvarə, uşaq əyləncə guşəsi, konsert meydançası var.

TED + bölməsindən digər xəbərlər

Daha çox