Bakıda nəhəng Nəqliyyat qovşağı istifadəyə verildi
Ölkəmizə səfər edən turistlərin, eləcə də regionlardan paytaxta gələn vətəndaşlarıntəhlükəsizliyini və rahatlığını təmin etmək, avtobusların, minik avtomobillərinin hərəkətini nizamlamaq məqsədi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində Nəqliyyat qovşağı istifadəyə verilib.
TED.az xəbər verir ki, Nəqliyyat qovşağı 50 000 m2 ərazini əhatə edir. 8500 m2 ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılaraq 2000-dən çox ağac əkilib.
Ərazidə 93 nömrədən ibarət beşmərtəbəli “Baku Crossway Hotel”i və yenidən təmir olunaraq istifadəyə verilən ikimərtəbəli hostel fəaliyyət göstərir.
Qovşaqda minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələri əhalinin rahatlığı məqsədi ilə vahid məkanda yerləşdirilib.
Kompleksdə dispetçer və bilet satış məntəqəsi, gözləmə zalları, müasir standartlara cavab verən ictimai-iaşə obyektləri, telekommunikasiya, poçt xidmətləri ilə yanaşı, maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri göstərən yeni “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir.
Eyni zamanda, nəqliyyat və piyada axınları, avtonəqliyyat vasitələrinin giriş-çıxış yerləri bir-birindən ayrılıb.
Artıq Sumqayıt avtostansiyası da qovşaq ərazisində fəaliyyət göstərir.
Nəqliyyat qovşağında Almaniyanın “SAP”şirkəti ilə birgə həyata keçirilən pilot layihə çərçivəsində “SAP” texnologiyalarının əsasında yaradılmış unikal sistem nəqliyyat vasitələrinin texniki statusunu, sürücülərin sağlamlıq durumunu, həmçinin, şəhərlərarası və beynəlxalq avtobusların salonundakıvəziyyəti müəyyən etməyə imkan verir. Sistem mərkəzdən idarə olunur və hər hansı nasazlıq baş verdikdə dispetçer tərəfindən dərhal reaksiya verilir.
“Cisco” şirkəti ilə reallaşdırılan “Ağıllı şəhər” pilot layihəsi isə yaxın gələcəkdə yerli və beynəlxalq daşımaların idarə olunmasının təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin daha da artırılması, o cümlədən təhlükəsizliyin yüksək səviyyədə təmin olunması üçün imkan yaradacaq.
Sərnişinlər biletləri BBAK-ın, “Silkway” turizm şirkətinin kassalarından və onlayn bilet satışı sistemi vasitəsi ilə “www.avtovagzal.az” saytından əldə edə bilərlər.
Bu istiqamətdə görülən işlərdən biri kimi, müasir bilet kassaları formalaşdırılıb. Kassaların üzərində istiqaməti, istiqamət üzrə biletin qiyməti, perron, avtobusun dövlət qeydiyyat nişanı, avtobusun tutumu və mövcud olan boş yerlər haqda məlumatları əks etdirən monitorlar quraşdırılıb.
TED + bölməsindən digər xəbərlər
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
LiDAR Nəhəng Luminar Müflisləşmə üçün Ərizə Verir
Süni intellekt söhbətləriniz risk altındadır!
Apple Səhmləri Ucuzlaşır!
Disney şirkətinin baş direktoru: OpenAI müqaviləsi daimi deyil
AirPods Pro 3 Arxa Səsləri ilə Diqqətinizi Artırın
Dünyanın ən kiçik süni intellekt superkompüteri budur!
Copilot LG televizorlarına gəlir!
Qiyməti 45.000.000 TL olan yeni Ferrari Amalfi-yə nəzər saldıq!
Google Gemini tamamilə yenilənir
Xiaomi Təsadüfən HyperOS 4-ü Elan Edir!
Honor Power 2 Dimensity 8500 ilə təqdimata hazırlaşır!
Huawei Nova 15 Dizaynı Açıqlandı
iPhone Satışları Azalacaq, İstehsal Xərcləri Artacaq!
Apple Music ChatGPT-yə gəlir!
Peugeot sükan idarəetməsində inqilab edir
Google Tensor G6 Xüsusiyyətləri ilə Təəccübləndirəcək!
Realme Neo 8 İddialı Ekranla Gəlir
GTA 6 Sızıntıları Böhranı Güclənir!
iOS 26 Şəkillərdə "Qırmızı Filtr" Xətasına Səbəb Olur!
Qatlanan iPhone Touch ID ilə Gələ Bilər: Üz Tanımı Yoxdur!
Redmi Note 15 5G Batareya Təfərrüatları Açıqlandı
Sürücüsüz Tesla Robotaxi Yollarda Göründü!
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Geely Dünyanın Ən Qabaqcıl Təhlükəsizlik Test Mərkəzini Açdı!
watchOS 26.2 Buraxıldı
Süni intellektlə işləyən qeyd aparan qulaqlıqlar elan edildi!
OnePlus 15R Tezliklə Gələcək: Xüsusiyyətləri
Volkswagen Almaniyada Tesla Rəqibini Sınaqdan Keçirir!
Həftənin ən çox oxunanları
Sevil Art brendi 5 illik fəaliyyətini xüsusi tədbirlə qeyd edib
Honor Win Daxili Soyutma Ventilyatoru ilə Sızdırıldı!
Google-a "67" yazanda ekran niyə titrəyir?
Hyundai Elexio, Böyük Ekranı və Uzaq Mənzilli Fərqli Bazarlara!
iOS 26.2 maraqlı bir problemlə gündəmə gəlir
10-cu lüks avtomobil uduldu – növbəti qalib sən ol!
ADPU-da “Youth Spark” proqramının ilk görüşü uğurla baş tutdu!
Vivo 200MP X300 Ultra və Fəaliyyət Kamerasını Təqdim Edir!
Elon Musk Samsung şirkətinin zavodunda ofis açır!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD


