AZ

Ericsson Azərbaycanda 5G texnologiyalarının inkişafına dəstəyini davam edəcək

74dfaed5dfc2b39f0d88ab92848585e4.jpg
04.12.2019 16:00

““Ericsson” şirkəti Azərbaycanda 5G texnologiyalarının inkişafına dəstəyini davam etdirəcək. Bunun əsasında da “Bakutel-2019” sərgisi çərçivəsində Ericsson” şirkətilə Azərbaycanın mobil operatoru  “Azercell” arasında elektron sənəd də imzalanıb”.

 

Bunu TED.az-a açıqlamasında “Ericsson” şirkətinin kommunikasiya departamentinin rəhbəri Yulia Brol bildirib.

 

Yulia Brol qeyd edib ki, anlaşma memorandumunda şirkətlər arasında  2020-2022-ci illər ərzində 5G texnologiyalarına dair layihələrin işlənib hazırlanması, sınaq testlərinin aparılması və yeni texnologiyaların istifadəsi üçün layihələrin həyata keçirilməsi nəzərdə tutulub: “Hazırda “Ericsson”nun 5G rabitə şəbəkəsi dörd qitənin 14 ölkəsində istifadə olunur. Bu gün 5G kommersiya xidmətləri abunəçilər arasında populyardı və onlara tələbat sürətlə artır”.

 

Zeynəb ƏKBƏR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox