AZ

Feysbukdan daha bir yenilik: standart şəkillərinizi 3D fotolara çevirmək mümkün olacaq

180bc5fc4e3a97f7dd0486f109d152a9.jpg
28.02.2020 23:40

Sosial media nəhəngi Feysbuk qısa müddət əvvəl süni intellektdən istifadə etməklə yeni çağa addım atıb. Bu çağda yer alan yeniliklərdən biri isə 3D fotolardır. 


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Feysbuk istifadəçilərinə uzun müddətdir ki, 3D foto paylaşmağa imkan verirdi. Ancaq son yeniliklərdən sonra süni intellektin də köməyilə bu funksiya paylaşılan hər foto üçün keçərli olacaq. 

 

Sözügedən süni intellekt standart şəkilləri araşdırır və onlara üçölçülü görüntü verir. 


Çox yüksək səviyyədə işlədiyi deyilən sistem istifadəçiləri təəcccübləndirməyi bacarıb. 


Qeyd edək ki, buna bənzər funksiya "Google"da da var. Amma fərq ondadır ki, Feysbukun bu funksiyası şəklin yeni və keyfiyyətli olmasını tələb kimi qoymur. 


Feysbukdan bildirilib ki, sözügedən funksiya hazırda iPhone 7 və daha yeni iOS sistemli telefonlarda, eləcə də bəzi Android sistemli smartfonlarda işləyir. 


Funksiyanın nə vaxt bütün telefonlar üçün əlçatan olacağı açıqlanmayıb. 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox