AZ

YouTube 5G ilə bağlı bu videoları SİLİR

095d4e2fe5ba1c5a6c74242c39b205a9.jpg
07.04.2020 21:40

YouTube koronavirusun 5G-dən qaynaqlandığını irəli sürən videoları silməyə başlayıb. 


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, COVID-19 pandemiyası ilə bağlı yanlış xəbərlərin və 5G baza stansiyalarının koronavirusa səbəb olduğu iddialarının artmasından sonra bu qərar verilib. 


Platforma rəsmiləri şayiələrin qarşısını almaq üçün "tibbi cəhətdən yanlış üsullar" daşıyan videoların yayımlanmasına blok qoyulacağını deyiblər. Ancaq bu addım 5G ilə bağlı bütün konspirasiya videolarını əhatə etməyəcək. 


Qeyd olunub ki, insanlara "zərər verəcək şəkildə" yanlış istiqamətləndirən kontentlərin yayımı dayandırılacaq. Beləcə, bu tip videolar daha az təklif ediləcək, axtarış zamanı tapılmayacaq və reklam gəlirləri əldə edə bilməyəcək.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox