AZ

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

 

6ea9537dd6af9476fd6846496a82b188.jpg
19.04.2024 13:35

Türkiyə Müdafiə Sənayesi Nazirliyi “Türk Havaçılıq və Kosmik Sənaye” şirkətinə (TUSAŞ) daha 40 ədəd yeni nəsil Hürkuş-B tipli təlim təyyarəsi sifariş edildiyini açıqlayıb.

 

TED.az nazirliyə istinadla xəbər verir ki, Türkiyə ordusunda hərbi pilotlara tələbatın artdığını nəzərə alan dövlət qurumları ümumilikdə 55 ədəd Hürküş-B təlim təyyarəsinin alınmasına dair qərar qəbul etmişdi. İlk mərhələdə 15 təyyarənin tədarükü üçün müqavilə imzalanmışdı.

 

Yerli istehsal olan hərbi təlim təyyarələrinin ilk partiyası Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına 2025-ci ilin may ayında, sonuncusu isə 2027-ci ilin iyununda təhvil veriləcək.

 

Qeyd edək ki, NATO standartlarına cavab verən və öncəki modifikasiyalı Hürküş-A-dan bir sıra üstün xüsusiyyətlərə malik Hürküş-B təyyarəsi ilk uçuşunu 2013-cü il avqustun 29-da həyata keçirib.

TED + bölməsindən digər xəbərlər

Daha çox