AZ

Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO

 

000c278abc68d806bde8f5237775ca40.jpg
19.04.2024 17:40

“Nothing” şirkəti “ChatGPT” söhbət robotu ilə təchiz edilmiş dünyanın ilk qulaqlıq modelləri olan “Ear 3” və “Ear (a)” təqdim edib.

 

“Ear 3” əvvəlki nəsil analoji cihazı əvəz edib, onun “Ear (a)” versiyası isə qiymət baxımından daha sərfəli seçim olaraq hazırlanıb.

 

“ChatGPT”yə inteqrasiyası sayəsində cihazlar kənar nitqi tərcümə edə, məsləhətlər verə, riyazi məsələləri həll edə və bir sıra digər funksiyaları yerinə yetirə bilən səsli köməkçiyə sahib olublar.

 

“Ear 3”ün iş müddəti 8,5 saat, “Ear (a)”nın isə 9,5 saatdır. Birinci modeldə həmçinin aşağı tezlikli təkmilləşdirmə alqoritmi və zəngləri daha aydın edən “Clear Voice” texnologiyası var.

 

Qara, ağ və sarı rənglərdə qulaqlıqların satışı aprelin 22-də başlayacaq. “Ear 3”ün qiyməti 129 avro, “Ear (a)”nın isə 99 avrodur.

 

Mənbə: championat.com

 

Dünya bölməsindən digər xəbərlər

Daha çox