AZ

İKT LAB: Peşəkar Şəbəkə mütəxəssisi olmaq istəyirsənmi?

c78e569d31743842d53313d61cae503b.jpg
15.05.2019 09:34

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT LAB Tətbiq və Tədris Mərkəzi Şəbəkə İnzibatçılığı üzrə təlimlər təşkil edir. Peşəkar Şəbəkə mütəxəssisi olmaq istəyən hər kəs mərkəzə müraciət edə bilər. Dərslər ümumilikdə 24 saat olmaqla 3 ay davam edəcək. Təlimçi Samir Babayev (CCNP) tərəfindən keçiriləcək dərslər həftə içi 2 dəfə olmaqla saat 19:00-21:00 arasında təşkil olunacaq.

 

KİM İŞTİRAK EDƏ BİLƏR?

 

​​​İT-nin əsasları təlimini bitirən şəxslər;

İlkin şəbəkə biliklərinə malik olan mütəxəssislər;

Şəbəkə texnologiyaları sahəsi üzrə biliklər əldə etmək istəyən yeni mütəxəssislər;

Şəbəkə texnologiyaları üzrə beynəlxalq sertifikat imtahanlarına hazırlaşan şəxslər.

 

KURSUN MƏQSƏDİ:

 

Kursda aşağıdakı biliklər öyrənilir:

Kiçik və orta ölçülü şəbəkə qurmaq və bu şəbəkələrə dəstək vermək üçün lazımi bilik və bacarıqların təmin olunması;

Kompüter şəbəkələrində istifadə olunan naqillər, OSI modeli, IP adresslər, Routing protokollar;

IPv4 və IPv6 protokollarını dəstəkləyən şəbəkələrin qurulması;

LAN Texnologiyası: Ethernet, L2/L3 Switching, VLAN, STP (RSTP, MSTP);

IP şəbəkələrin marşrutlandırılması;

Cisco router və switchlərin konfiqurasiya edilməsi, backup edilməsi;

Şəbəkə texnologiyaları, onların tənzimləmələri və şəbəkə təhlükəsizliyinin əsasları.

 

Aşağıdakı beynəlxalq setifikat imtahanlarına hazırlıq:

Cisco CCNET, CCNA R&S; CCNA Security

CompTiA A+ 220-901, 220-902

 

TƏLİM PROQRAMI:

 

Təlim aşağıdakı mövzular üzrə dərslərdən ibarətdir:

1. Şəbəkə Avadanlıqları və Protokolların Çalışma Mexanizmi

2. IPv4/IPv6 Haqqında

3. Cisco IOS (Internetwork Operating System)

4. IP Routing Texnologiyaları

5. OSPF

6. EIGRP

7. LAN Switching Texnologiyaları

8. IP Servisləri

9. Şəbəkə Qurğularında İlkin Təhlükəsizlik Həlləri

10. WAN Texnologiyaları

11. Yekun Imtahan Laboratoriya saatları üçün təyin olunmuş əsas mövzular

LAB1 – IPv4 Subnetting, VLSM, Summarization

LAB2 – İlkin CLI sazlamaları

LAB3 – InterVLAN Routing Sazlamaları

LAB4 - EIGRP və EİGRPv6 sazlanması və problemlərin aradan qaldırılması

LAB5 - OSPFv2 və OSPFv3 sazlanması və problemlərin aradan qaldırılması

LAB6 - NAT/PAT Sazlanması and Problemlərin aradan qaldırılması

LAB7 – IPv4 və IPv6 ACL Sazlanması and Problemlərin aradan qaldırılması

LAB8 – GRE Tunnel və IPv4 eBGP sazlanması və yoxlanılması

 

TƏDRİS METODU VƏ MATERİALLAR:

 

Tədris metodu:

Təlimçi rəhbərliyi ilə nəzəri və praktiki dərslər;

Cisco şirkətinin rəsmi “CCNA Routing & Switching”üzrə tədris proqramı əsasında dərslər;

Netacad.com təhsil portalı vasitəsilə virtual dərslər

 

Materiallar:

Videodərslər (e-training.az portalı vasitəsilə dərslərə çıxış)

Mövzular üzrə təqdimatlar – Azərbaycan və ingilis dilində

 

İxtisas üçün tövsiyə olunan təlim:

Cisco CCNP şəbəkə peşəkarı təlimi

 

SERTİFİKATLAR:

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi”-nin sertifikatı;

Cisco Şəbəkə Akademiyasının sertifikatı

 

Qeydiyyat üçün bu linkdən istifadə edə bilərsiniz. Əgər suallarınız varsa bura müraciət edin.

TED + bölməsindən digər xəbərlər

Daha çox