Ölkəmizin niyə dünyaca məşhur tətbiqi yoxdur? - "İlkin investisiyanın hissinə qapılıb işin sonunadək getmirlər"
Ölkələrin innovasiya ilə rəqabət apardığı dövrdə Azərbaycanda dünyaca tanınan, məşhur tətbiqin olmaması sual doğurur. Layihə yoxdur, yoxsa kifayət qədər tanınmağı bacarmır?
Mövzu ilə bağlı TED.az-a danışan Peşəkar startapının təsisçisi Nail Seyidov bildirib ki, startapın qlobal bazara çıxması üçün işə başlayarkən böyük büdcə tələb olunur: "Lokal və qlobal bazara çıxan startapın xərcləri, tələbatları eyni deyil. Fikrimcə, ölkəmizdə hər hansı startap çox böyük məbləğdə investisiya cəlb edə bilmir. Bunun bir neçə səbəbi var. Bəlkə də həqiqətləri düzgün şəkildə ifadə edə bilmirlər, bəlkə də komanda inandırıcı olmur. Buna görə də, qlobal bazarda böyük uğurlar əldə edə bilmirlər. Bununla yanaşı, məncə, bizdə yaranan hər bir startap ilkin mərhələdə ölkədəki boşluğu doldurmağa çalışır. Təbii, dövr fərqi var. Ölkəmizdəki boşluq qlobal bazarda artıq doldurulub. Startaplarımız ilkin olaraq lokal bazarı nəzərdə tuturlar. Yerli bazarda müəyyən səviyyəyə çatıb qlobal arenaya çıxanda isə böyük rəqiblərlə qarşılaşırlar. Böyük rəqiblər bazarı daha yaxşı şəkildə doldururlar. Buna görə də, bizim layihələr çox vaxt məğlub olurlar".
O, Picsart-ın timsalında ermənilərin dünyaca məşhur tətbiqi olmasını isə bu cür izah edib: "Əslində Picsart dünyada mövcud olan şeyləri etdi, sadəcə fərqli baxış bucağı ilə yanaşdı. Tətbiqə əlavə funksionallıqlar gətirdi. O funsionallıqları viral şəkildə trend edərək dünya gündəminə oturdu və ən çox istifadə olunan tətbiqlər sırasına düşdü. Biz məhz bu mərhələdə çətinliklə üzləşirik".
N.Seyidov vurğulayıb ki, ölkəmizin də qlobal bazara çıxan startapları var və müəyyən uğur qazanıblar: "Amma yenə də çox qabarıq şəkildə görünmürlər. Çünki onların çoxu son istifadəçiyə xitab etmir. Məsələn, Picsart bu gün son istifadəçiyə xitab edir. Yəni, mobil telefon işlədən hər kəs onu tanıya bilir. Bizim startaplar isə çox vaxt dar bir müştəri seqmentini əsas götürürlər. Ona görə, uğur qazansalar belə o dərəcədə viral ola bilmir və yaxud geniş kütləyə xitab edə bilmirlər. Azərbaycanda market seqmentini böyüdən startaplar çıxsa və özlərinə ilkin mərhələdə xarici investorlar cəlb edə bilsələr, qlobal bazarda tanına bilən tətbiqlər ola bilər. Sadəcə, başqa bir problem də var. Bizim əhali investisiya alarkən onunla yetinir, kifayət edəcəyini düşünür. Qısaca, bu cür ifadə edə bilərəm: bizim millətin gözü tez doyur, bu isə məğlubiyyətə aparır. İlkin investisiyanın hissinə qapılıb növbəti mərhələdə o dərəcədə aktivləşmir, işin sonuna qədər getmirlər".
Lamiyə SÜLEYMANLI
Startaplar bölməsindən digər xəbərlər
Google Yeni Süni İntellekt Agenti CC-ni Elan Edir!
OLED Displeyli iPad Mini Tezliklə Gələcək
Kompakt Nəhəng Təqdim Edildi: ASUS Prime AP303
Apple-ın Xüsusi iPhone Modeli Gəlir
Xiaomi 17 Ultra kamerası ilə bağlı ilk sızmalar ortaya çıxdı!
Galaxy Watch 4 əsas yeniləməni aldı!
Porsche Cayenne Electric-in "Sürücü Təcrübəsi" Kokpiti!
Şok DDR5 RAM fırıldağı!
iPhone 17e çatışmayan xüsusiyyətləri tamamlayır
Yeni Nissan Leaf istehsala başlayır!
Volkswagen büdcəyə uyğun SUV ilə gəlir!
İnstaqram hekayələrini anonim şəkildə necə izləmək olar?
Microsoft əl konsollarının performansını artırır!
Google Gemini 3 Flash təqdim edildi!
Tesla böyük bir şokla üzləşə bilər!
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
LiDAR Nəhəng Luminar Müflisləşmə üçün Ərizə Verir
Süni intellekt söhbətləriniz risk altındadır!
Apple Səhmləri Ucuzlaşır!
Disney şirkətinin baş direktoru: OpenAI müqaviləsi daimi deyil
AirPods Pro 3 Arxa Səsləri ilə Diqqətinizi Artırın
Dünyanın ən kiçik süni intellekt superkompüteri budur!
Copilot LG televizorlarına gəlir!
Qiyməti 45.000.000 TL olan yeni Ferrari Amalfi-yə nəzər saldıq!
Google Gemini tamamilə yenilənir
Xiaomi Təsadüfən HyperOS 4-ü Elan Edir!
Honor Power 2 Dimensity 8500 ilə təqdimata hazırlaşır!
Huawei Nova 15 Dizaynı Açıqlandı
iPhone Satışları Azalacaq, İstehsal Xərcləri Artacaq!
Apple Music ChatGPT-yə gəlir!
Həftənin ən çox oxunanları
Honor Win Daxili Soyutma Ventilyatoru ilə Sızdırıldı!
Sevil Art brendi 5 illik fəaliyyətini xüsusi tədbirlə qeyd edib
Google-a "67" yazanda ekran niyə titrəyir?
iOS 26.2 maraqlı bir problemlə gündəmə gəlir
Hyundai Elexio, Böyük Ekranı və Uzaq Mənzilli Fərqli Bazarlara!
10-cu lüks avtomobil uduldu – növbəti qalib sən ol!
ADPU-da “Youth Spark” proqramının ilk görüşü uğurla baş tutdu!
Vivo 200MP X300 Ultra və Fəaliyyət Kamerasını Təqdim Edir!
Elon Musk Samsung şirkətinin zavodunda ofis açır!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

