Azərbaycanın aparıcı İT şirkətləri 20-dən artıq ölkəyə proqram təminatı və kompüter avadanlığını ixrac edir
“Azərbaycanda İT şirkətlərinin fəaliyyəti qənaətbəxşdir. Çünki ölkənin İT şirkətləri son 25-30 ildə fəaliyyət göstərərək, böyük təcrübə toplayıb, mürəkkəb layihələr həyata keçirib. Təcrübə nəticəsində özlərinin milli proqram təminatlarını yaradıblar. Bu nüans Azərbaycan şirkətlərinə imkan verir ki, onlar yalnız ölkədə deyil, xarici dövlətlərdə də fəaliyyət göstərsin. Hazırda Azərbaycanın aparıcı İT şirkətləri 20-dən artıq ölkəyə proqram təminatı və kompüter avadanlığını ixrac edir. Azərbaycanın Mingəçevir şəhərindən Acer kompüterlərinin yığımı təşkil olunub. Bu kompüterlər Azərbaycanda əsasən Mərkəzi Asiyaya ixrac edilir. Bu ixracda Azərbaycanın hədəfləri Özbəkistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan və Tacikistan dövlətləridir. İxracın həcmi isə ildən-ilə artmaqdadır”.
Bunu TED.az-a açıqlamasında İT üzrə mütəxəssis Fərid Kərimov deyib.
Fərid Kərimov bildirib ki, Azərbaycanın İT şirkətləri proqram təminatında böyük nəticələr əldə edib: “Bir neçə ölkəyə Azərbaycanın İT şirkətləri tərəfindən ixrac da reallaşır. Lakin ixrac prosesində kiçik bir problem var. Koronavirus pandemiyasına görə, qonşu ölkələrdə vergi və gömrük qanunvericiliyi İT şirkətləri üçün yüngülləşdirilib. Məsələn, qonşu Rusiya və Gürcüstanda mənfəət vergisi azaldılıb. Bu baxımdan Azərbaycanın İT şirkətlərinin gələcəkdə uğurlu ixracı müəyyən mənada çətinliklə üzləşir. Çünki qonşu dövlətlərdə həmin proqramlar ucuz qiymətə təklif oluna bilər. Azərbaycan hökumətində bu istiqamətdə müzakirələr gedir. Ümid edirik ki, Azərbaycan yerli İT şirkətlərinin xarici bazarlarda rəqabətliliyini artırmaq üçün bu istiqamətdə müəyyən addımlar atacaq. Yaxın zamanda vergilərin, gömrük güzəştlərinin optimallaşdırılması istisna edilmir”.
Mütəxəssis qeyd edib ki, hazırda dövlət qurumları texnologiya istiqamətində böyük addımlar atıb: “Bu sektorda özəl qurumlar bir qədər geridə qalır. Çünki bu xidmətlər aktiv maliyyə tələb edir. Pandemiya ilə əlaqədar tətbiq olunan karantin rejimində məsafədən iş prosesinə keçid zamanı özəl qurumlar üçün də informasiya texnologiyalarının, yəni innovasiyanın tətbiqi mütləq hal aldı. Pandemiya dövründə Azərbaycanda innovasiyanın tətbiqi üçün bazar genişlənməyə davam etdi. Hər bir şirkətə müəyyən sahələrdə proqram təminatı lazım oldu. Düşünürəm ki, innovasiyalara artan tələbat İT şirkətlərinin həmin tələbat qarşısında təkliflərini genişləndirməyə imkan yaradacaq. Lakin burda ikinci bir məsələ də yaranır. Xarici bazarlarda mövcud olan proqram təminatları yerli bazar tərəfindən istifadə oluna bilər. Bu Azərbaycanın proqram təminatı bazarını müəyyən mənada kiçildəcək. Yəqin ki, Azərbaycanın İT şirkətləri bunu nəzərə alıb uyğun proqram təminatı ilə bazarlara çıxacaq”.
Zeynəb ƏKBƏR
Texnologiya bölməsindən digər xəbərlər
App Store işi partladı: 2 milyard dollarlıq apelyasiya!
Xpeng P7+ Rəsmi Təqdim Edildi: Dizayn Budur
Tesla iPhone İnteqrasiyasını Təkmilləşdirir!
Oppo Reno 15 Pro Mini Gəlir!
Yeni Avatar Filmi Rekordlar Qırmağa Davam Edir!
Huawei Çip Strategiyasını Dəyişiklik Edir!
Xiaomi 17 Ultra Leica Edition sınaqdan keçirildi!
OPPO Find X9s ikili 200 meqapiksellik kamera ilə gələcək!
Samsung Xərcləri Nəzarət Etməyə Çalışır!
Xiaomi 17 Seriyasına Yeni Model Gələ Bilər!
XPeng 2026-cı ildə Bazar Payını Artırmağı Məqsəd Edir!
Galaxy Buds 4 Pro Tezliklə!
Yeni iPhone Pro Telefon Sənayesini Necə Dəyişdirəcək?
LG Canvas-Look Televizorunu Təqdim Edir
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Həftənin ən çox oxunanları
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Xiaomi 17 Seriyasına Yeni Model Gələ Bilər!
Xiaomi 17 Ultra Leica Edition sınaqdan keçirildi!
Oppo Reno 15 Pro Mini Gəlir!
XPeng 2026-cı ildə Bazar Payını Artırmağı Məqsəd Edir!
Galaxy Buds 4 Pro Tezliklə!
Samsung Xərcləri Nəzarət Etməyə Çalışır!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD


