AZ

X-in süni intellekt ansiklopediyası Grokipedia istifadəyə verildi

12dc9b2991f55e64d6ce4b89ab4045b3.jpg
28.10.2025 12:57

Elon Maskın X platforması üçün hazırladığı süni intellekt əsasında işləyən Grokipedia ansiklopediyası rəsmi olaraq istifadəyə verilib. Sayt bazar ertəsi açıldıqdan qısa müddət sonra çöksə də, hal-hazırda yenidən fəaliyyət göstərir. Grokipedia-nın ana səhifəsində 885 minə yaxın məqalə yer alır. Elon Mask iddia edir ki, Grok süni intellekti tərəfindən dəstəklənən bu ansiklopediya Wikipedia-dan "çox daha yaxşı olacaq".
 

 

Elon Maskın Wikipedia rəqibi açıldı və dərhal çökdü

 

Elon Mask uzun müddətdir Wikipedia-nı qərəzli olmaqda ittiham edirdi. Onun sözlərinə görə, Grokipedia xAI şirkətinin “Kainatı anlama” məqsədi istiqamətində vacib addımdır. Mask və tərəfdarları Wikipedia-nın obyektiv olmadığını iddia edir. Wikipedia-nın qurucusu Cimmi Uels isə bu iddiaları əsassız hesab edir.

 

Gecikmiş təqdimat və mübahisəli məzmunlar

 

Mask keçən həftə açıqlama verərək platformada “təbliğatı təmizləmək üçün” daha çox işləmək lazım olduğunu bildirmişdi. Lakin təqdimatdan dərhal sonra Grokipedia-da yerləşdirilən məqalələr diqqət çəkməyə başladı və sosial media istifadəçiləri maraqlı detalları ortaya çıxardı:

Bəzi məqalələr Wikipedia-dakı mətnlərlə demək olar ki, eynidir.

Grokipedia məqalələrdə sətirdaxili mənbə linkləri göstərilmir.

Hər məqalənin sonunda məzmunun Wikipedia-dan uyğunlaşdırıldığına dair hüquqi xəbərdarlıq yer alır.

Platforma “Creative Commons Attribution-ShareAlike 4.0” lisenziyası üzrə işləyir.

 

Bəzi istifadəçilər qeyd edir ki, bəzi məqalələr Elon Maskın dünyagörüşünü daha çox əks etdirir. Xüsusilə “universitet” və “Elon Mask” haqqında yazılan məzmun buna misal göstərilir.Hazırda X şirkəti bu iddialarla bağlı heç bir açıqlama verməyib.

 

 


 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox