AZ

ASUS monitoru ilə rekord qırdı

3d291313523d2062aa8c25712a6f68a7.jpg
28.10.2025 12:19

ASUS, 720 Hz yenilənmə tezliyinə sahib yeni monitorunu təqdim edib. Cihaz, innovativ xüsusiyyətləri ilə diqqət mərkəzindədir. ASUS oyun monitoru bazarında ən yüksək yeniləmə sürətinə malik olan yeni modelini rəsmi olaraq açıqladı. ASUS ROG Super Kill 27 Pro adlı bu oyun monitoru, 720 Hz yenilənmə tezliyinə çatan bazarda ilk məhsul kimi fərqlənir.
 

 

ASUS 720 Hz monitorunu təqdim etdi
 

 

Monitor bu yüksək performansı LG tərəfindən hazırlanmış Primary RGB Tandem OLED texnologiyalı panel vasitəsilə təmin edir. Dördüncü nəsil OLED panel kimi təqdim edilən bu texnologiya, yaşıl, mavi və qırmızı OLED təbəqələrini dörd qatlı strukturda birləşdirir.


Bu qatlı quruluş sayəsində monitor:

2K (1440p) çözünürlükdə – 540 Hz

720p çözünürlükdə – rekord dərəcə olan 720 Hz yenilənmə tezliyinə çata bilir.
 

 

ASUS qeyd edib ki, monitor Full HD (1080p) çözünürlükdə 720 Hz rejiminə sahib olmayacaq. LG bu paneli daha əvvəl öz məhsullarında istifadə etsə də, həmin cihazlarda yenilənmə tezliyi bu səviyyəyə çatmırdı.
 

 

ASUS ROG Super Kill 27 Pro-nun əsas texniki xüsusiyyətləri:

 

Yenilənmə tezliyi: maksimum 720 Hz

Panel texnologiyası: Primary RGB Tandem OLED (4 qatlı OLED film sistemi)

Gecikmə müddəti: cəmi 0.02 ms

Sertifikat: True Black HDR 500

Port: ən yüksək keyfiyyətli görüntü üçün DisplayPort 2.1a UHBR20

Model adı: PG27AQWP-W

Qiymət: Çin bazarında 1193 ABŞ dolları

Bu model ilə ASUS, xüsusilə peşəkar e-idman oyunçularını hədəfləyərək bazardakı liderliyini daha da gücləndirir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox