AZ

Amazon 30 min nəfəri işdən çıxarır!

0ece892cc04df8f79ed7513e83ab1e08.jpg
28.10.2025 13:54

Amazon haqqında işdən çıxarma iddiaları getdikcə böyüyür. New York Times əvvəlcə bu rəqəmin 10 min olduğunu açıqlasa da, müxtəlif mənbələr işdən çıxarılanların sayının 30 mini keçə biləcəyini bildirir.
 

 

Amazon-da işdən çıxarılma ilə bağlı iddiaların detalları
 

 

İlkin məlumatlar New York Times nəşrinin Amazon-un təxminən 10 min əməkdaşını işdən çıxarmağı planlaşdırdığını yazması ilə gündəmə gəldi. Bu rəqəm reallaşarsa, şirkətin tarixində ən böyük işdən çıxarma prosesi olacaq. Texnologiya yönümlü nəşr The Information isə bu sayın 20 minə çata biləcəyini iddia edib. Bildirilir ki, ixtisarlar əsasən texnologiya və korporativ şöbələrdə çalışan işçiləri əhatə edəcək.

 

 

Sayın 30 mini keçəcəyi ehtimal edilir
 

 

Computerworld jurnalının son hesabatına görə, Amazon cari il ərzində ümumilikdə 30 minə yaxın işçini işdən çıxarmağı planlaşdırır. Analitiklər bu addımı texnologiya sektorunda müşahidə olunan ümumi yavaşlamanın nəticəsi kimi qiymətləndirirlər.
 

 

İşdən çıxarılmaların səbəbləri nələrdir?
 

 

Şirkətə yaxın mənbələr bu ixtisarların əsas səbəbləri kimi aşağıdakı faktorları göstərir:

Qlobal iqtisadi yavaşlama

Şirkətin xərclərinin artması

Gəlir artımında müşahidə olunan azalma
 

 

İşdən çıxarılmaların Alexa cihaz bölməsi, pərakəndə satış şöbəsi və insan resursları kimi departamentləri əhatə edəcəyi bildirilir. Hazırda 1,5 milyondan çox əməkdaşı olan Amazon, bu addımla xərcləri optimallaşdırmağı hədəfləyir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox