OPPO və Google süni zəka sahəsində tərəfdaşlıq elan etdi!
OPPO və Google süni zəka sahəsində əməkdaşlığı genişləndirir
Ağıllı telefon bazarının önəmli oyunçularından olan OPPO, Google ilə əməkdaşlığını yeni səviyyəyə çıxararaq mobil süni zəka təcrübəsini yenidən formalaşdırır. Bu strateji tərəfdaşlıq, istifadəçilərə daha fərdiləşdirilmiş, təhlükəsiz və güclü süni zəka funksiyaları təqdim etməyə yönəlib.
Yeni amiral gemisi Find X9 Seriyası “Mind Space” və Gemini ilə tanış olur
OPPO-nun Proqram Mühəndisliyi rəhbəri Kai Tang bildirib:
"Google kimi güclü tərəfdaşlarla işləmək bizə yalnız effektiv deyil, həm də son dərəcə fərdiləşdirilmiş və təhlükəsiz yeni nəsil süni zəka təcrübələrini inteqrasiya etməyə imkan verir."
Əməkdaşlığın ən diqqətçəkən yeniliyi, OPPO-nun 28 oktyabrda təqdim etməyi planlaşdırdığı Find X9 Seriyası ilə birlikdə istifadəçilərə təqdim edəcəyi Mind Space adlı yeni tətbiqdir. Mind Space istifadəçilərə ekranlarında gördükləri mətnləri, şəkilləri və veb səhifələri sadə bir üç barmaq sürüşdürmə hərəkəti ilə toplamaq və təşkil etmək imkanı verir. Toplanmış bütün məzmunlar bir məkanda saxlanılır və avtomatik olaraq kateqoriyalara ayrılaraq istifadəçilərin asanlıqla daxil olmasını təmin edir.
OPPO, Mind Space-i Google-un Gemini süni zəka modeli ilə inteqrasiya edib. Bu sayədə Gemini, Mind Space-dəki məlumatlara çıxış əldə edərək istifadəçilərin bu məlumatlarla əməliyyatlar həyata keçirməsinə yardım edir. Məsələn, səyahət planlayan istifadəçi topladığı məqalə və qeydləri Mind Space-ə əlavə edib, sonra Gemini-dən bu məlumatlara əsaslanaraq ətraflı bir səyahət proqramı yaratmasını istəyə bilər. İstifadəçilər Gemini-nin Mind Space-də hansı məlumatlara çıxış əldə edə biləcəyini özləri təyin edərək məlumat üzərində tam nəzarəti saxlayacaqlar.
Gemini, Find X9 Seriyası ilə yalnız Mind Space ilə məhdudlaşmayacaq. Yeni amiral gemisi, inkişaf etmiş süni zəka bacarıqları ilə istifadəçi təcrübəsini zənginləşdirir. İstifadəçilər, Nano Banana vizual redaktə modelindən istifadə edərək şəkillərini süni zəka dəstəyi ilə asanlıqla tənzimləyə biləcəklər.
Gemini Live funksiyası istifadəçilərə ekranlarında gördükləri və ya kamera vasitəsilə göstərdikləri obyektlər haqqında suallar verməyə imkan yaradır. Bu vizual yardım cihazı təmir etmək və ya saxlama sahəsini təşkil etmək kimi işlərdə anlıq dəstək təmin edə bilər.
OPPO, bu inkişaf etmiş süni zəka funksiyalarının hamısını OPPO AI Private Computing Cloud infrastrukturundan istifadə edərək təqdim edir. Bu infrastruktur, Google Cloud-un gizli hesablama xidmətlərindən faydalanır və bütün süni zəka əməliyyatlarının şifrələnmiş və təhlükəsiz mühitdə həyata keçirilməsini təmin edir. İstifadəçilərin həssas məlumatları OPPO daxil heç bir üçüncü tərəf tərəfindən görülə bilməyəcək şəkildə tam məxfi qalır.
Bu geniş süni zəka funksiyaları seçimi, OPPO Find X9 Seriyası və ColorOS 16 ilə birlikdə istifadəyə veriləcək. Find X9 və ya Find X9 Pro alan istifadəçilərə isə premium Gemini alətləri və 2 TB bulud saxlama daxil olan Google AI Pro abunəliyi üç ay müddətinə pulsuz olaraq hədiyyə ediləcək.
Texnologiya bölməsindən digər xəbərlər
Xiaomi HyperOS 3 qlobal olaraq yayımlandı!
Android planşetlərdə çoxtapşırıq artıq daha asan!
Süni intellektlə iş vaxtı 3 günə enəcək!
Twitter.com domeni artıq tarixə qovuşur
Discord vasitəsilə hər şeyiniz oğurlana bilər!
Tesla Cybertruck: Təxmini istehsal sayı ortaya çıxdı
OnePlus 15 təqdim olundu: Xüsusiyyətləri burada!
OPPO və Google süni zəka sahəsində tərəfdaşlıq elan etdi!
Intel 14A istehsal prosesi uğurla irəliləyir
Nothing Phone (3a) Lite tanıtım tarixi məlum oldu!
Mobil tətbiqlərin yüksəlişi davam edir
Apple-dan 20-ci il inqilabı: iPhone 20 sızmaları ortaya çıxdı!
Çin Steam-ə rəqib oyun platforması yaradır!
Amazon 30 min nəfəri işdən çıxarır!
WhatsApp yeni funksiyasını təqdim etdi
X-in süni intellekt ansiklopediyası Grokipedia istifadəyə verildi
Yeni Xbox rəsmi olaraq təsdiqləndi
ASUS monitoru ilə rekord qırdı
Füzulidə “Türk Törəsi” - beynəlxalq yay məktəbi - FOTO
iPhone kamerasına səviyyə qazandıran tətbiq!
CarPlay yeniləməsi ilə avtomobildə video izləmək mümkün olacaq
Gemini ilə təqdimat hazırlamaq çox asandır!
Vivo X300 seriyası qlobal bazara gəlir
Modulyar telefon HMD Fusion 2 yoldadır
Apple M6 iPad Pro yeni soyutma sistemi ilə gəlir
Tesla FSD 14.1.4 yenilikləri ilə gəldi!
Microsoft Copilot-a Yeni Süni Zəka Xarakteri: Mico
Sony İlk 200MP Kamera Sensorunu Hazırlayır!
Həftənin ən çox oxunanları
Realme GT8 Pro təqdim olundu!
iOS 26 Liquid Glass dizaynı dəyişir
İlon Maskın hədəfi Siqnal
iPhone 17 Pro Max-ın dörd kameralı yoldaşı Redmi K90 Pro Max gəlir.
iPhone 17 satış sürprizi
iPhone 17 Pro DxOMark-ın Yeni Selfie Kralıdır!
Toyota Land Cruiser FJ elan edildi
ChatGPT-nin üstünlüyü sona çatır?
Yeni Apple Vision Pro uyğunsuzluq problemləri ilə üzləşəcək



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



