Oflayn rejimdə işləyən mobil bankıçılıq
“İnternet olmasa belə, “BirBank” mobil tətbiqi üzərindən əməliyyatlar aparmaq mümkündür”
Mobil texnologiyalar vasitəsi ilə bank əməlyiyyatlarımızı rahatlıqla həyata keçirə bilirik. Pul göndərmək, telefonun balansını artırmaq, kredit borclarımızı ödəmək və bir sıra digər əməliyyatları telefonla bir neçə saniyə içində həll edirik.
Bu texnologiyadan demək olar ki, bütün banklar istifadə edirlər. Ölkəmizdə mobil bankçılıq xidmətindən istifadəyə görə Kapital Bank ilk sıradadır. Kapital Bank istifadəçilərin maraqlarını nəzərə alaraq, mobil bankçılıq tətbiqi olan “BirBank”da mütəmadi dəyişikliklər və əlavələr edir.
TED.az-ın “BirBank”ın yenilikləri, istifadəçi sayı haqqında suallarına cavab olaraq Kapital Bankdan bildirildi ki, Azərbaycanda maliyyə kateqoriyasında ən çox yüklənilən mobil tətbiq “BirBank”dır: “Kapital Bank-ın təqdim etdiyi “BirBank” mobil bankçılıq tətbiqini 300 mindən çox istifadəçi yükləyib. “BirBank” yenilənmiş İnternet və mobil bank xidmətləri hesablar, kartlar, kredit və depozitləri idarə etməyi daha da asanlaşdırıb. Qeyd edək ki, “App Store”, “Play Store” və “SimilarWeb”in reytinqlərində BirBank "#1 Top Free Finance" olaraq göstərilir. Həmçinin “BirBank” ötən ildə "Elektron hökümət və maliyyə-bank mobil tətbiqləri" nominasiyası üzrə "Milli İnternet Mükafatı"nın qalibi olub. Eyni zamanda, "International Finance" jurnalı tərəfindən ölkəmizdə ("Most innovative mobil bank") “Ən innovativ mobil bank tətbiqi” seçilib. Bank kartı olan istənilən şəxs telefon vasitəsilə bir neçə dəqiqə ərzində “BirBank”da qeydiyyatdan keçərək, bank xidmətlərini, onlayn sifariş və ödənişlərini idarə edə bilər”.
Məlumatda onu da qeyd etdilər ki, alış-veriş edərkən cibinizdə pul və ya ödəniş kartının olması önəmli deyil: “Xidmət nöqtələrində ödənişləri artıq “BirBank” vasitəsilə etmək mümkündür. Bunun üçün alış-veriş etdikdən sonra kassalarda olan xüsusi posterdəki QR şifrəni smartfonun kamerası ilə skan etmək lazımdır. Ödəniş etmək üçün “BirBank”da olan istənilən kartın hesabından istifadə etmək olar. Hətta Kapital Banka aid olmayan kartdan da istifadə etmək olar. “BirBank” çat vasitəsilə bankla əlaqə saxlamaq imkanı, telefon kitabçasında olan kontaktlara vəsaitin göndərilməsi və həmin vəsaitlərin ATM vasitəsi ilə nağdlaşdırılması, ödəniş kartı və Kredit üçün online müraciət etmək imkanı və s. bir sıra yenilikləri də təqdim edir”.
Bütün ödənişləri “Birbank” üzərindən edəcəksinizsə İnternetin olması vacibdir deyənlər yanılırlar – ““Birbank” mobil tətbiqini internet olmadan da oflayn rejimdə istifadə etmək olur. Belə ki, mobil telefonunuzda “internet” işarəsini açıq saxlamaqla meqabayt və ya “wifi” olmasa belə tətbiq üzərindən əməliyyat apara bilərsiniz. “BirBankda” olan mədaxil-məxaric əməliyyatlara baxa və ödəniş də edə bilərsiniz. İstifadəçilər “BirBank” vasitəsilə ödəniş edərkən həmin ödənişi avtoödəniş şəkilində yadda saxlasalar, növbəti aylarda “BirBanka” daxil olmadan avtomatik şəkildə həmin ödəniş həyata keçiriləcək. “BirBank” tətbiqini “Google Play” və ya “App Store”dən mobil telefonunuza yükləyin və “Kart üzrə qeydiyyat” bölməsinə daxil olun. Kapital Bankda olan kart nömrəsi, onun PİN kodunu hazırda istifadə etdiyiniz telefon nömrənizi daxil edin.Telefonunuza göndəriləcək birdəfəlik şifrəni (OTP) daxil etməklə qeydiyyatdan keçə bilərsiniz”.
Zeynəb ƏKBƏR



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD








































