“Windows” sistemlərinə icazəsiz giriş edən proqram aşkar edilib
Naməlum kibercinayətkar qruplaşması “Windows” sistemlərinə hücumlarda yeni “rutkit”dən (ziyankar proqram) istifadə edir.
Bu barədə TED.az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.
Ekspertlər ziyanverici kampaniyanı “TunnelSnake” adlandırıblar. Kampaniyanın 2018-ci ildən etibarən işə salındığı güman edilir. “Kaspersky Laboratoriyası”nın mütəxəssisləri yeni rutkitə “Moriya” adını verib. Ziyanverici proqram operatorlara, antivirus proqramları tərəfindən yoxlamanı ötərək, qurbanı izləməyə imkan verən “Backdoor” (“arxa qapı”) kimi çıxış edir.
“Moriya” vasitəsilə kibercinayətkarlar daxil olan trafiki ələ keçirə və təhlil edə bilirlər. Bunun üçün ziyankar proqram Windows nüvəsinin ünvan məkanına giriş əldə edir. Bundan əlavə, “rutkit” daxil olduğu hosta komandalar göndərməyə imkan verir.
“Backdoor” qurbanın trafikində gizlənən xüsusi yaradılan paketlər şəklində təlimatlar alır. Bu o deməkdir ki, ziyanverici proqrama standart komanda serveri (C2) tələb olunmur çünki cinayətkarlar yoxlamanı ötüb keçməyə istiqamətlənib.
“TunnelSnake” kimi kampaniyalara tez-tez rast gəlirik. Bu kampaniyalar çərçivəsində kibercinayətkarlar ziyanverici əməliyyatları gizlətmək üçün bütün səylərini ortaya qoyur. Müəyyən baxımdan bunlar ona nail olur çünki belə əməliyyatları aşkar etmək həqiqətən də çətindir”, – deyə “Kaspersky Laboratoriyası”nın mütəxəssisləri izah edir.
“Kaspersky” mütəxəssisləri “TunnelSnake” kampaniyasını həyata keçirən qruplaşmanın adını çəkməsə də, bu işdə çin dilli cinayətkarların əlinin olduğunu güman etməyə əsaslar var.
Texnologiya bölməsindən digər xəbərlər
“Yaşıl gələcək” qrant layihəsi çərçivəsində təlimlər davam edir
Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə geniş elmi tədqiqata mövzu oldu
Subasmalarında izolyasiyanın effekti varmı?
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



