AZ

Azərbaycanda bir ilk: Tələbələr təhsil ödənişlərini taksitlə ödyəcəklər

70c311b4716a1af52734ea4818379d5f.png
23.08.2019 10:01

Oktyabr 1-dək ADA Universitetində ödənişli əsasla təhsil alan tələbələr illik təhsil haqqını 12 aylıq taksitlə (bərabər hissələrlə) ödəyə bilərlər. Ödənilən məbləğə heç bir komissiya və ya əlavə faiz hesablanmır. Ödənişi həyata keçirmək üçün universitetin İNTERNET SAYTINDA olan müvafiq bölməyə daxil olmaq və tələb olunan BirKart göstəricilərini qeyd etmək lazımdır.

 

TED.az xəbər verir ki, ödəniş zamanı BirKart CashBack kartına məbləğin 1,5%-i geri qayıdacaq, BirKart Miles kartı üçün isə hər 1 manat 1 mil olaraq hesablanacaq. Məlumat üçün bildirək ki, yaxın zamanlarda digər ali məktəb və kolleclərlə də analoji aksiyalar təşkil olunacaq.

 

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

 

Qeyd edək ki, belə bir kompaniya Azərbaycanda ilk dəfədir keçirilir.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox