AZ

Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələri keçiriləcək

92e2fd30b33ce550ef91782d2732e2e3.jpg
03.04.2023 14:50

Aprelin 30-da Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin ilkin mərhələsi keçiriləcək.

 

Bu barədə  TED.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Fənn müsabiqələrdə iştirak üçün onlayn qeydiyyat prosesinə yaxın günlərdə start veriləcək. VI sinif şagirdləri riyaziyyat və informatika, VII sinif şagirdləri fizika, kimya və biologiya fənləri üzrə müsabiqələrdə iştirak edə bilərlər. Məntiq olimpiadası isə V sinif şagirdləri arasında keçirilir.

 

Müsabiqələrin keçirilməsi məktəblilər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan verilməsi, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənənlərin aşkara çıxarılması, onlarla məqsədyönlü işlərin aparılması məqsədi daşıyır.

 

Müsabiqələrin növbəti mərhələlərinin may və iyun aylarında keçirilməsi planlaşdırılır.

TED + bölməsindən digər xəbərlər

Daha çox