“Kapital Bank”ın iştirakı ilə Naxçıvanda ilk “Karyera sərgisi” keçirilib

İlk dəfə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş “Karyera sərgisi” keçirilib.
Ölkənin birinci bankı “Kapital Bank”ın da iştirak etdiyi tədbirdə 60-dan çox dövlət, özəl və qeyri-hökumət təşkilatları iştirak edib.
Sərgidə xüsusi stendi olan “Kapital Bank”ın əməkdaşları bankda işləmək istəyən namizədləri karyera imkanları və işə qəbul prosesi haqqında ətraflı məlumatlandırıblar. Namizədlər “Kapital Bank”ın stendində öz CV-lərini təqdim etmək və vakansiyalar haqqında daha ətraflı məlumat almaq imkanına sahib olublar. Bankın nümayəndələri gənclərə işə qəbul prosesində uğur qazanmaları üçün məsləhətlər verib və onların suallarını cavablandırıblar.
“Kapital Bank”ın Korporativ satışlar departamentinin Naxçıvan zonası üzrə meneceri Murad Sevdimalıyev sərgidə bankın iştirakının əhəmiyyətini vurğulayıb: “Biz “Kapital Bank” olaraq, hər zaman gənclərin karyera inkişafına dəstək olmağa hazırıq. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə keçirilən bu karyera sərgisi gənclərin iş dünyası ilə tanış olması və peşəkar həyatlarına uğurlu başlanğıc etməsi üçün böyük bir fürsətdir”.
“Kapital Bank” bu tip əhəmiyyətli sərgilərdə iştirak etməklə regionun iqtisadi inkişafına və gənclərin peşəkar həyatlarına töhfə verməyə davam edəcək.
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— kbl.az/prgtk , “Birbank” kartı sifarişi üçün — kbl.az/prcrc
TED + bölməsindən digər xəbərlər
Azərbaycan və Çin arasında kosmosda əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb


Saxta kredit elanı verərək bank kartlarını talayan şəxs saxlanılıb


"Bitcoin"in qiyməti 90 min dolları keçdi


Növbəti hərracda dövlətə məxsus 57 nəqliyyat vasitəsi satılıb


Çin orbitə üç astronavtla idarə olunan kosmik gəmi çıxaracaq


Ağcabədidə suvarma kanalının sahilindən avtomat aşkarlanıb


İKTA abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə növbəti hesabatını dərc edib


“Nissan” Çindəki istehsalına 1,4 milyard dollar sərmayə yatıracaq


Çin şirkəti ilə "Böyükşor" üzən günəş elektrik stansiyasının istismar işləri həyata keçiriləcək


Binəqədidə silah-sursat aşkarlanıb


Hüquqi şəxsin və ya fərdi sahibkarın müflis elan edilməsi barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib


Sabah ölkə üzrə pensiyaların ödənişi yekunlaşacaq


Milli Depozit Mərkəzi “Elektron müraciət sistemi”ni istifadəyə verib


Türkiyənin ilk milli rabitə peyki istifadəyə verilib


“General Atomics” şirkəti MQ-9B-yə inteqrasiya olunacaq lazer silah sistemini təqdim edib


Naxçıvanda POS-terminalların sayı 30%-dən çox artıb


Rəqəmsallaşma çağında türk dünyasının texnoloji yenilikləri təhsil siyasətinə inteqrasiya etməsinə ehtiyac var – Zahid Oruc


Hacıqabulda narkokuryerlik edən şəxs saxlanılıb


"Ford" bu ölkəyə avtomobil ixracını dayandırıb


AMB-də sığorta sahəsində rəqəmsallaşma prosesləri müzakirə olunub


Yeni texnologiya müxtəlif xəstəliklərin erkən aşkarlanmasını dəstəkləyə bilər - TƏDQİQAT


Mayın 1-dən “e-bülleten” sisteminə keçilir


Həftənin ən çox oxunanları
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qarşıdakı planları açıqlanıb


ASCO-nun “Xocalı” gəmisi ilk dəfə Hind okeanına daxil olub


Yeni texnologiya müxtəlif xəstəliklərin erkən aşkarlanmasını dəstəkləyə bilər - TƏDQİQAT


Yasamalda silah-sursat aşkarlandı


"Google"un süni intellekti telefonun qalereyasında olan şəkilləri detallı araşdıracaq


Dünən aşkarlanan silah-sursatın sayı açıqlandı


"Azərkosmos" hədiyyə almaq üçün xərclədiyi 154 min manatı büdcəyə bərpa etməli olacaq


Çində dünyanın ən nazik oyun smartfonu təqdim olunub

