AZ

Süni intellekt artıq beyin şişi diaqnozu qoya bilir

7acc2da4cadb5b63ef583899e4c3f6f5.jpg
03.10.2024 10:43

European Journal of Radiology-də dərc edilən bir araşdırma GPT-4-ün etibarlılığını bir daha nümayiş etdirdi.

 

Son illərdə süni intellekt sahəsində böyük irəliləyişlər həyatımıza rahatlıq gətirir. İndi biz gündəlik həyatın bir çox sahələrində süni intellektin təsirlərini aydın şəkildə görə bilirik. Bu vəziyyət səhiyyə sektorunda da özünü büruzə verir. Ən son məlumatlara görə, OpenAI tərəfindən hazırlanmış böyük dil modeli olan GPT-4, beyin şişi hesabatlarını həkimlərdən daha dəqiq şərh edib.

 

Avropa Radiologiya Jurnalında dərc edilən bir araşdırmada qeyd edilir ki, GPT-4-ün əməliyyatdan əvvəl MRT hesabatlarından istifadə edərək beyin şişlərinin müəyyən edilməsində radioloqların dəqiqliyini üstələdiyi müəyyən edilib. Bu araşdırma göstərir ki, böyük dil modeli həkimlərdən daha dəqiq proqnozlar verir.

 

Bu araşdırma çərçivəsində əməliyyatdan əvvəl 150 beyin MRT hesabatı əvvəlcə Yapon dilindən İngilis dilinə tərcümə edildi və sonra GPT-4-dən diaqnoz qoyulması istəndi. Böyük dil modelinə təqdim edilən hesabatlar da beş müxtəlif radioloq tərəfindən nəzərdən keçirildi.

 

GPT-4 son diaqnozlarda 74 faiz dəqiqliyə çatdı. Radioloqlar üçün bu nisbət yüzdə 65 ilə yüzdə 79 arasında dəyişdi. Bu araşdırma ilə real klinik radiologiya hesabatları ilk dəfə dil modeli ilə şərh edilmişdir. Əvvəllər hesabatlar sınaq məqsədi ilə verilirdi.

 

Böyük dil modellərinin diaqnostikada mühüm rol oynadığını bildirən tədqiqatçılar bu cür texnologiyaların sağlamlıq sahəsində potensialını ortaya çıxarıblar. Bundan əlavə, bu araşdırma GPT-4-ün etibarlılığını da ortaya qoydu.

Elm bölməsindən digər xəbərlər

Daha çox