Ləğv prosesində olan bankların kredit ödənişləri artıq "MilliÖn", "AniPay", m10, "Azərpoçt", ABB və "Kapital Bank" mobildə

Xidmət keyfiyyətinin artırılması istiqamətində mütəmadi yeni layihələrin təqdimatını həyata keçirən Əmanətlərin Sığortalanması Fondu xidmət çeşidliyini artırmaq və müştərilərinin rahatlığını təmin etmək üçün yeniliklər tətbiq etməyə davam edir.
Ləğv prosesində olan (LPO) bankların müştəriləri kredit ödənişlərini Azərbaycanda geniş ödəniş terminal şəbəkəsinə malik olan "MilliÖn" ödəniş sistemi və terminalları, habelə AniPay, m10, ABB və “Kapital Bank” ASC-nin mobil tətbiqi vasitəsilə artıq günün 24 saatı, həftənin 7 günü bütün ölkə ərazisində, filiallara getmədən, növbə gözləməyə vaxt itirmədən çevik şəkildə həyata keçirə biləcəklər. Qeyd edək ki, onlayn ödəniş sistemləri və terminalları ödəniş zamanı müştəridən heç bir komissiya haqqı tutmur. Evdən çıxmadan ödənişlərinizi tətbiq və ya sayt üzərindən də həyata keçirə bilərsiniz. Digər üstünlük isə sözügedən ödəniş terminallarının manat valyutası ilə yanaşı, dollar və avro əsginaslarını qəbul edə bilməsidir.
LPO bankların fiziki şəxs olan müştəriləri identifikasiya nömrəsi (Fin kod), hüquqi şəxslər isə VÖEN-dən istifadə etməklə kredit ödənişlərini "AniPay", m10, ABB və “Kapital Bank” ASC-nin mobil tətbiqləri, habelə "MilliÖn" onlayn ödəniş sistemi və ya terminalları vasitəsilə həyata keçirə biləcəklər. Borcalanlar "AniPay", "MilliÖn" və m10 ödəniş sistemlərində bank xidmətlərinə daxil olub Əmanətlərin Sığortalanması Fondunu seçib ödəniş edə bilərlər. ABB-yə aid mobil tətbiqdən istifadə zamanı isə müştərilər ödənişlər bölməsini seçib, “Kredit” alt bölməsinə daxil olduqdan sonra fondun adını seçərək ödənişi tamamlaya bilərlər. Həmçinin “Kapital Bank” ASC-nin mobil tətbiqinə daxil olduqdan sonra ödənişlər bölməsini seçib “Dövlət” alt bölməsinə daxil olub fondu seçdikdən sonra qeyd edilən şəkildə ödənişi başa çatdırmaq olar.
Əlavə olaraq bildiririk ki, müştərilər üçün kredit ödənişlərinin əlçatanlığının təmin edilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondu “Azərpoçt” MMC ilə də əməkdaşlığa başlayıb. Ləğv prosesində olan bankların müştəriləri bütün ölkə ərazisində, ucqar kəndlərdə belə, kredit ödənişlərini sürətli, çevik və daha asan şəkildə ödəyə biləcəklər.
Qeyd edək ki, artıq LPO bankların müştəriləri "Azərpoçt" məntəqələrinə yaxınlaşaraq ödəniş etdikləri bankın adını və öz şəxsiyyət vəsiqələrini, fərdi identifikasiya nömrəsini (FİN) təqdim etməklə manat, dollar və avro valyutalarında kredit ödənişlərini həyata keçirə bilərlər.
Məlumat üçün qeyd edək ki, ödəniş terminallarında metal puldan istifadə və pulun qalığının qaytarılması imkanı nəzərdə tutulmayıb. Bu səbəbdən ödəniş edərkən dəqiq məbləği ödəməyiniz tövsiyə edilir.
TED + bölməsindən digər xəbərlər
Honda Yeni Mini Elektrikli Avtomobilini Elan Edib: N-ONE e


Nothing Ear 3 təqdim olunur


Ford Focus tarixə çevrilir


iPhone Air gözlənilən uğura nail oldumu?


AzMİU ilə İzmir Bakırçay Universiteti arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub

iPhone Air əyilə bilərmi?


iPhone Air və Galaxy S25 Edge müqayisə edildi!


Facebook-un yeni funksiyası narazılıqla qarşılanıb


Tesla köhnə modellərini unutmadı!


Bu ölkə AI naziri təyin etdi!


Huawei, Avropada üç Aito Electric yolsuzluq avtomobilini elan etdi!


Dünyanın ən çox satılan PlayStation oyunları açıqlanıb


Windows-da SSD probleminin mənbəyi müəyyən edildi!


OPPO Find X9 və X9 Pro batareya tutumları təsdiqləndi!


OnePlus flaqmanı üçün 165Hz displey təklif edə bilər!


vivo X300 Pro AnTuTu testində aşkar edilib!


Yuxu Hesabı xüsusiyyəti bu Apple Watch modellərində mövcud olacaq!


Türkiyədə istehsal olunacaq Ioniq 3 açıqlandı


Google AI Plus paketini buraxdı!


Yeni Ferrari Testarossa at gücü rekordları qıracaq


iPhone 17 bu xüsusiyyəti ilə S25 Ultra-nı üstələyir!


NASA Marsda həyatın olduğunu sübut edə bilər!


Yeni Apple Saatları Sağlamlıqda Fərqlilik Yaradacaq


Yeni Android Auto yeniləməsi çox da qənaətbəxş deyildi


Togg öz süni intellekt platforması Can.ai-ni işə salır


Galaxy S24 üçün yeni One UI 8 Beta buraxıldı!


iPhone 17 Pro Apple M4 MacBook Pro-dan daha sürətlidir


Tesla gözlənilməz zərbə aldı!


Google Gemini çox tələb olunan yeniliyi təqdim edir


Beats iPhone 17 aksesuarlarını təqdim etdi


Həftənin ən çox oxunanları
iOS 26 RC çıxdı!


Google Gemini çox tələb olunan yeniliyi təqdim edir


iPhone 17 Pro Apple M4 MacBook Pro-dan daha sürətlidir


iPhone 17 və iPhone 16 müqayisə edildi!


Togg öz süni intellekt platforması Can.ai-ni işə salır


Beats iPhone 17 aksesuarlarını təqdim etdi


Tesla gözlənilməz zərbə aldı!


NASA Marsda həyatın olduğunu sübut edə bilər!


Yeni Android Auto yeniləməsi çox da qənaətbəxş deyildi


Galaxy S24 üçün yeni One UI 8 Beta buraxıldı!

