Zəngilan şəhəri birinci yaşayış məhəlləsində 104 ailə məskunlaşacaq

İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qələbəsi sayəsində işğaldan azad edilən ərazilərdə həyat yenidən canlanmağa başladı. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən ilk köçün ünvanı olan Zəngilanda da tikinti-quruculuq işləri davam etdirilir. Zəngilan şəhəri birinci yaşayış məhəlləsində işlərin böyük hissəsi tamamlanıb.
TED.az xəbər verir ki, Zəngilan şəhəri birinci yaşayış məhəlləsində tikinti işləri sürətlə davam etdirilir. Yaşayış məhəlləsində 2 və 3 mərtəbəli binalar inşa olunub. Məhəllədə 6 yerüstü dayanacaq, 1 günəş panelləri ilə elektromobillər üçün enerji doldurma məntəqəsi nəzərdə tutulub. Yaşayış məhəlləsində uşaq və idman meydançası da yer alacaq.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva müsahibəsində bildirib ki, Zəngilan şəhərinin təsdiq edilmiş ümumi baş planına uyğun olaraq, birinci yaşayış məhəlləsinin tikinti işləri həyata keçirilir. Yaşıllıq zonası ilə əhatə olunacaq ilk yaşayış məhəlləsi şəhərin mərkəzi hissəsində yerləşir. "Birinci yaşayış məhəlləsi 2 hektar ərazini əhatə edir və burada 12 binanın tikintisi aparılır. Binalardan 8-i ikimərtəbəli, 4-ü isə üçmərtəbəlidir. Birinci yaşayış məhəlləsində tikilən binalarda 104 mənzil var və onlar bir, iki, üç, dörd və beş otaqdan ibarətdir.
Zəngilan şəhər məktəbi, biznes zonası və mərkəzi küçə yaşayış məhəlləsinin yaxınlığındadır. Məhəllədəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə edilib.
Burada inşa olunan binaların da üzərində günəş panelləri, dayanıqlı tikinti materiallarından daha çox istifadə olunur.
Ümumilikdə, birinci yaşayış kompleksində tikilən 12 binanın qaba işləri yekunlaşıb, daxili mühəndis işləri tamamlanıb. Mənzillərdə daxili bəzək işləri görülür və binaların fasadı yekunlaşmaq üzrədir. Sahədaxili kommunikasiya işlərinin də müəyyən qədəri yerinə yetirilib. Hazırda binalardakı tikinti işlərinin 80 faizi yekunlaşıb. İşlər başa çatdıqdan sonra Zəngilan şəhərindəki birinci yaşayış məhəlləsinə sakinlərin köçü nəzərdə tutulur.
QARABAĞ bölməsindən digər xəbərlər
Azərbaycan mobil rabitə operatorlarının gəlirləri artıb


"Nokia" yeni düyməli telefonlar hazırlayır

Əsrin rekordu: Kainatın hüdudlarından daha böyük PDF fayl yaradıldı

"Google" çox ucuz "Android" smartfonlarının istehsalını qadağan edir

İranın ən böyük mobil operator şirkəti haker hücumuna məruz qaldı

"ChatGPT" ən çox yüklənən tətbiq oldu


"DeepSeek"dən hər kəs üçün hədiyyə: Mənbə kodunu açıq saxlayır


Ölkə ərazisində yollarda görünüş məsafəsi məhdudlaşacaq


Naxçıvan GES-də enerji istehsalı 13%-dən çox artıb

Yaponiyanın iri avtomobil zavodu istehsalını azaldacaq


Geomaqnit qasırğası gözlənilir


“Google” delfinlərin dilini öyrənməyə çalışır


Azərbaycanda əhalinin sayı açıqlanıb


Bu avtobus marşrutunun hərəkət sxemi uzadılıb


Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib


Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun tikintisi 93 % tamamlanıb


Alimlər smartfonların qocalarda demensiyaya səbəb olması barədə mifi təkzib ediblər


Azərbaycanda qatarlarda sürət həddi endirilib


Azərbaycanda minik avtomobillərinin istehsalı 2 dəfədən çox artıb


Həftənin ən çox oxunanları
55 nömrəli “Bakcell” avtomobili nüfuzlu sürət yarışında - video


Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi


Azərbaycanda kommersiya qurumlarının sayı 8%-dən çox artıb


ABŞ-də xarici tələbələrin sosial şəbəkə hesabları yoxlanılacaq


Buraxılış imtahanında 23 nəfər ən yüksək nəticəni göstərib - DİM


Hacıqabul Sənaye Parkında günəş elektrik stansiyası qurulacaq


HII ABŞ ordusu üçün yüksək enerjili lazer silahı hazırlayacaq


Sumqayıtda bank kartından oğurluq edən şəxs saxlanılıb


"iPhone"lar üç dəfə bahalaşa bilər


Bakıda velosiped oğurlandı

