AZ

"DeepSeek"dən hər kəs üçün hədiyyə: Mənbə kodunu açıq saxlayır

 

d135d90225381be7f682b2e84702ef61.png
15.04.2025 17:40

Çinin "DeepSeek" şirkətinin neyron şəbəkəsi açıq mənbə kodunu saxlayacaq. Şirkət hesab edir ki, bu, bütün dünya üçün faydalı olacaq.

 

TED.az bildirir ki, bu barədə Çinin Rusiyadakı səfiri Çjan Xanxuey bildirib.

 

Onun sözlərinə görə, "DeepSeek"in açıq mənbə kodlu texnologiyaları süni intellektin qlobal paylaşımını təşviq edir.

 

"HuggingFace" platformasında populyar açıq mənbəli modellərin yarısı çinli tərtibatçılar tərəfindən yaradılıb", - deyə o bildirib.

 

Səfirin sözlərinə görə, Çin hesab edir ki, süni intellekt yalnız seçilmişlər üçün yox, hamı üçün əlçatan olmalıdır.

 

O əlavə edib ki, açıq mənbə kodu süni intellekt texnologiyalarının geniş yayılmasında mühüm rol oynayır.

 

Qeyd edək ki, açıq mənbə kod - bir proqram və ya texnologiyanın "içindəki" kodların (yəni işləmə qaydasının) gizli deyil, hamıya açıq olduğu deməkdir. İstəyən şəxs həmin kodu görə, öyrənə, dəyişə və ya öz layihəsində istifadə edə bilər.

Dünya bölməsindən digər xəbərlər

Daha çox