AZ

DİN: Ötən gün vətəndaşların bank kartlarından 51559 manat oğurlanıb

 

9ab74084b81e07aa65a89cb09673b8c6.jpeg
18.04.2025 14:00

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Ötən gün ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 34427, 7050, 3970, 1500, 999, 830, 670, 500, 483, 303, 300, 250, 192, 85 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

 

Bu barədə TED.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

“Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar.

 

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, - məlumatda qeyd edilib.

 

TED + bölməsindən digər xəbərlər

Daha çox