AZ

"iPhone"un kult modeli rəsmi olaraq köhnəlmiş elan edildi: Təmiri məhdudlaşdırılır

a2cf08a45be0813e4cebe7a5337e00c1.jfif
18.04.2025 15:20

"Apple", "iPhone 6s" və "Mac mini 2018" modellərini "vintaj cihazlar" siyahısına əlavə edib.

 

TED.az xəbər verir ki, bu barədə məlumatı "MacRumors" yayıb.

 

Bu o deməkdir ki, sözügedən cihazların rəsmi təmiri məhdudlaşdırılır və yalnız ehtiyat hissələri mövcud olduqda servis xidməti mümkündür.

 

"Apple"ın qaydalarına əsasən, bir cihaz satışdan 5 il keçdikdən sonra "vintaj" statusu alır, 7 il keçdikdə isə onun rəsmi texniki dəstəyi və servisi tamamilə dayandırılır.

 

Qeyd edək ki, "iPhone 6s" modeli 2015-ci ildə təqdim olunub və 2018-ci ilə qədər istehsal edilib. Bu cihaz güclü "A9" prosessoru, "3D Touch" texnologiyası və bükülməyən metal korpusu ilə seçilirdi. O həm də qulaqcıq girişi olan son flaqman "iPhone" modeli olub.

 

"Mac mini 2018" isə "Intel" prosessor ilə təchiz olunmuş sonuncu modeldir. Növbəti versiyalar isə artıq "Apple"ın "M" seriyalı çipləri ilə bazara çıxarılıb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox