DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərinə müdaxilənin qarşısını almaq üçün milli proqram yaratmaq idi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs olunan 1993-cü il təvəllüdlü Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
TED.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə Tural Əliyev vəkilinin suallarını cavablandıran zaman qeyd edib ki, "Ultra Technologies" şirkətinin gizli məlumatlarına giriş edib:
“Daxil olan zaman gördüm ki, Azərbaycan şirkətidir. Şirkətin bazasına girməkdə məqsədim yoxlamaq olub, maddi gəlir güdmək məqsədim olmayıb. Azərbaycanda serverlərə müdaxilənin qarşısının alınması üçün milli proqram yaratmaq istəmişəm. Bunun üçün də xaricdən olan şirkətlərin gizli məlumat bazalarına daxil olmaqla test etmişəm. Məqsədim özümü həmin şirkətlərə sübut etmək, nüfuz qazanmaq olub".
Daha sonra hakim təqsirləndirilən şəxsin ifadəsindən bir hissəni elan edib. Həmin ifadədən məlum olub ki, onun şəxsi kompüterində zərərli proqramlar, gizli yazışmalar, kibermüdaxilələr, kriptopullar aşkar edilib.
Təqsirləndirilən şəxs qeyd edib ki, "Karnaval" ləqəbli şəxslə əlaqəsi olub, ona bir şirkətin giriş məlumatlarını 500 dollara satıb.
Bundan başqa, təqsirləndirilən şəxs Argentinaya məxsus dəniz şirkətinin serverində olan gizli məlumatları əldə edib və 350 dollara satıb.
Daha sonra səsləndirilən ifadələrdən məlum olur ki, təqsirləndirilən şəxs İsrail dövlətinə məxsus şirkətin 25 meqabayt, ABŞ-yə məxsus şirkətin isə 1 meqabayt məlumatlarını əldə edib.
Sualları cavablandıran təqsirləndirilən şəxs isə özünü qismən təqsirli bilib. Bildirib ki, gördüyü işlərdə qanunsuz hərəkətlər etməyib: “Mən hakerəm. Xarici ölkə hakerlərində zərərli vasitələrin sistemə daxil olmasının qarşısının alınması üçün proqramlar olub. Amma bizdə belə proqram olmayıb. Mən də bu proqramın millisini yaratmaq istəmişəm. Məqsədim də xeyirli iş görmək olub".
T.Əliyev bildirib ki, "İdrak" şirkətinin rəhbəri Hikmət Abdullayev ona 80 min manat verib və deyib ki, bu işləri həyata keçirsin: "Mənim məqsədim həmin proqramları hazırlamaq və dövlətə təqdim etmək olub. Başqa niyyətim olmayıb. İşi göstərib, iş qazanmaq istəmişəm".
Proses mayın 1-də davam edəcək.
İttihama görə, “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyev 2021-2024-cü illərdə mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edə bilən proqramları əldə edərək tətbiq etməkdə, habelə nəhəng yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etməkdə ittiham olunur.
Belə ki, o, 2021-ci ildə kompüter texniki avadanlıqlarından istifadə edərək yerli və xarici fiziki, hüquqi şəxslərin mobil telefonlarına müdaxilə edib.
Bundan başqa, o, xarici şirkətlərə məxsus hamıya açıq olmayan məlumatlara giriş əldə edib.
T.Əliyev Cinayət Məcəlləsinin 271.2.1-ci (kompüter sisteminə qanunsuz daxil olma – təkrar törədildikdə), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham olunaraq həbs edilib.
TED + bölməsindən digər xəbərlər
“Filologiya və süni intellekt: sözün yeni erası” – ustad dərsi


“E-Şikayət” platformasına indiyədək 6 minə yaxın müraciət daxil olub


Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 11 % artıb


DİN: Ötən gün vətəndaşların bank kartlarından 51559 manat oğurlanıb


Polşa nüvə silahına sahib olmaq istəyir


Buraxılış imtahanında 300 bal toplayan şagird: Hədəfim gələcəkdə kibertəhlükəsizlik mütəxəssisi olmaqdır


QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qarşıdakı planları açıqlanıb


Azərbaycanda sadələşdirilmiş gömrük bəyannaməsi ilə bağlı mobil tətbiqin dizaynı dəyişdirilir


DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərinə müdaxilənin qarşısını almaq üçün milli proqram yaratmaq idi


QHT-lərlə qrantlara dair bütün sənəd işləri yalnız elektron xidmətlər portalı vasitəsilə aparılır


Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının nüsxəsi “Hökumət buludu”nda yerləşdiriləcək


Azərbaycanda telekommunikasiya sahəsindəki şikayətlərin 65 %-ə yaxını internetlə bağlıdır


"Azərkosmos" hədiyyə almaq üçün xərclədiyi 154 min manatı büdcəyə bərpa etməli olacaq


Ali məktəblərə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün qeydiyyat başlanır


Bakı-Quba-Rusiya ödənişli yol ilə paytaxt istiqamətində hərəkət qismən bərpa olunub


Çin nəqliyyat vasitələrinə aid reklamlarda “ağıllı” və “avtonom idarəetmə” sözlərinin istifadəsini qadağan edib


"Google"un süni intellekti telefonun qalereyasında olan şəkilləri detallı araşdıracaq


ASCO-nun “Xocalı” gəmisi ilk dəfə Hind okeanına daxil olub


Dünən aşkarlanan silah-sursatın sayı açıqlandı


Çində dünyanın ən nazik oyun smartfonu təqdim olunub


Yasamalda silah-sursat aşkarlandı


Həftənin ən çox oxunanları
Prezident İlham Əliyev “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”ni təsdiq edib


Bu avtobus marşrutunun hərəkət sxemi uzadılıb


“Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilib


Martda pensiya və müavinət ödənilən şəxslərin sayı məlum oldu


QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qarşıdakı planları açıqlanıb


Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun tikintisi 93 % tamamlanıb


“Google” delfinlərin dilini öyrənməyə çalışır

