AZ

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

 
 

2025b75f4fb53168ef773ff4c0ee1731.jpg
15.04.2025 12:20

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

 

Bu barədə TED.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

 

Bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik olunub.

 

Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

TED + bölməsindən digər xəbərlər

Daha çox