"Birbank" Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq

"Birbank" dünyaşöhrətli marketinq mütəxəssisi Filip Kotlerin yeni hazırlanmaqda olan “Müasir Marketinqin Əsasları” (Essentials of Modern Marketing-EOMM) kitabının Azərbaycan nəşrində yer alacaq.
Kitabda "Birbank"ın Azərbaycanda rəqəmsal bankçılığın inkişafında oynadığı əhəmiyyətli rol və təqdim etdiyi innovativ həllərin yerli müştəri davranışlarına və rəqəmsal maliyyə savadlılığına təsiri geniş şəkildə təhlil ediləcək.
100 ölkəni əhatə edən “Müasir Marketinqin Əsasları” kitabı dünyanın müxtəlif bölgələrindən real biznes nümunələri ilə zənginləşdirilmiş nüfuzlu bir vəsaitdir. Kitabda brend idarəçiliyi, məhsulun bazara çıxarılması, qiymət strategiyaları, marketinq kommunikasiyaları və rəqəmsal transformasiyanın marketinq strategiyalarına təsiri kimi mövzular geniş şəkildə araşdırılır. Kotler rəqəmsal texnologiyaların müştəri davranışına və marketinq yanaşmalarına necə təsir etdiyini izah edərkən, lokal bazarlarda innovativ həllərin sosial və iqtisadi dinamikaya gətirdiyi dəyişikliklərə də toxunur.
Qeyd edək ki, “Kotler Impact”in MDB ölkələrindəki eksklüziv nümayəndəsi olan “AWE Consulting” kitabın yaranma prosesində mühüm rol oynayır və təqdim olunan marketinq nümunələrinin dəyərləndirməsinə böyük töhfə verir.
"Birbank"ın bu kitabda yer alması təqdim edilən rəqəmsal həllərin yerli maliyyə bazarında müştəri davranışlarına təsir gücünü lokal və qlobal auditoriyaya nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, bankın müştərilərlə kommunikasiya tərzi, maliyyə savadlılığının artırılmasına yönəlmiş kampaniyaları və innovativ xidmətləri kitabda lokal davranış dəyişikliyini formalaşdıran marketinq strategiyaları kontekstində təqdim ediləcək.
"Birbank"ın sözügedən kitabda yer alması ilə bağlı fikirlərini bölüşən "Kapital Bank"ın İdarə Heyətinin sədri Fərid Hüseynov bildirib: “Filip Kotler kimi dünya marketinq elminin rəmzi olan bir mütəxəssisin kitabında yer almaq bizim üçün təkcə qürurverici hadisə deyil, eyni zamanda, böyük bir məsuliyyətdir. Hazırda ənənəvi bank xidmətlərinin təmin olunması ilə yanaşı, bankımız həm də insanlara yeni maliyyə vərdişləri qazandırır. Müştərilərimizin gündəlik maliyyə davranışlarına əsaslanan müasir texnologiyalar tətbiq etməklə isə bank xidmətlərini daha da asan və əlçatan edirik. Bu, həm də bankımızın ölkəmizdə rəqəmsal bankçılıq vərdişlərinin formalaşmasına verdiyi töhfəsidir. “Müasir marketinqin əsasları” kitabında yer alaraq bankımızın son 5 ildəki uğur yolunu gənc nəsillərlə və biznes peşəkarları ilə bölüşmək fürsəti bizi yeniliklərə daha da ilhamlandırır”.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən "Birbank" 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı "Kapital Bank" adı altında müştərilərinə xidmət göstərib və "PAŞA Holdinq"ə daxildir. "Kapital Bank" isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Azərbaycan mobil rabitə operatorlarının gəlirləri artıb


"Nokia" yeni düyməli telefonlar hazırlayır

Əsrin rekordu: Kainatın hüdudlarından daha böyük PDF fayl yaradıldı

"Google" çox ucuz "Android" smartfonlarının istehsalını qadağan edir

İranın ən böyük mobil operator şirkəti haker hücumuna məruz qaldı

"ChatGPT" ən çox yüklənən tətbiq oldu


"DeepSeek"dən hər kəs üçün hədiyyə: Mənbə kodunu açıq saxlayır


Ölkə ərazisində yollarda görünüş məsafəsi məhdudlaşacaq


Naxçıvan GES-də enerji istehsalı 13%-dən çox artıb

Yaponiyanın iri avtomobil zavodu istehsalını azaldacaq


Geomaqnit qasırğası gözlənilir


“Google” delfinlərin dilini öyrənməyə çalışır


Azərbaycanda əhalinin sayı açıqlanıb


Bu avtobus marşrutunun hərəkət sxemi uzadılıb


Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib


Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun tikintisi 93 % tamamlanıb


Alimlər smartfonların qocalarda demensiyaya səbəb olması barədə mifi təkzib ediblər


Azərbaycanda qatarlarda sürət həddi endirilib


Azərbaycanda minik avtomobillərinin istehsalı 2 dəfədən çox artıb


Həftənin ən çox oxunanları
55 nömrəli “Bakcell” avtomobili nüfuzlu sürət yarışında - video


Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi


Azərbaycanda kommersiya qurumlarının sayı 8%-dən çox artıb


ABŞ-də xarici tələbələrin sosial şəbəkə hesabları yoxlanılacaq


Buraxılış imtahanında 23 nəfər ən yüksək nəticəni göstərib - DİM


Hacıqabul Sənaye Parkında günəş elektrik stansiyası qurulacaq


Sumqayıtda bank kartından oğurluq edən şəxs saxlanılıb


HII ABŞ ordusu üçün yüksək enerjili lazer silahı hazırlayacaq


"iPhone"lar üç dəfə bahalaşa bilər


Bakıda velosiped oğurlandı

