AZ

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatır

 

4231c332d247328b8345203371d03905.jpg
14.04.2025 10:57

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu bu gün saat 23:59-dək davam edəcək.

 

Dövlət İmtahan Mərkəzindən TED.az-a bildirilib ki, aprelin 14-ü saat 09:00-a olan məlumata görə, 17 min 4 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi – 15 min 760; rus bölməsi - 1244).

 

Bakalavr imtahanın ikinci cəhdinə iştirak etmək istədiyi təqdirdə “Şəxsi kabinet”inin hesabına tələb olunan məbləği əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla qeydiyyatdan keçir.

 

Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.

 

Qeyd edək ki, imtahan mayın 11-də keçiriləcək.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox