Nazirlik şagirdləri internetdən təhlükəsiz istifadə ilə bağlı təlimatlandırıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) Təhsil Nazirliyi ilə birgə ümumtəhsil məktəblərində Təhlükəsiz İnternet Günü ilə bağlı açıq dərslər keçirib.
Bu barədə TED.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı, Gəncə, Mingəçevir, Bərdə, Şamaxı, Lənkəran, Qəbələ də daxil olmaqla ölkənin 70 ümumtəhsil məktəbində informatika müəllimləri tərəfindən Beynəlxalq Təhlükəsiz İnternet Günündə internetdən təhlükəsiz istifadə üzrə “açıq dərs”lər keçirilib.
Açıq dərslər əsasən 6-11-ci siniflərdə təşkil edilib, həmçinin bir sıra məktəblərdə sinif rəhbərləri, məktəb psixoloqları və valideynlər də prosesə cəlb olunub.
Açıq dərs müddətində informatika müəllimləri tərəfindən şagirdlərə internetdən istifadə zamanı üzləşə biləcəkləri kibertəhlükələr və bu təhlükələrdən müdafiə üsulları barədə xüsusi təqdimat nümayiş etdirilib və Təhlükəsiz İnternet Günü ilə əlaqədar hazırlanmış tapşırıqlar yerinə yetirilməsi üçün şagirdlərə təqdim edilib.
Şagirdlər tərəfindən təhlükəsiz internet mövzusunda maraqlı posterlər hazırlanaraq nümayiş olunub.
Qeyd edək ki, açıq dərslər 17 yanvar 2020-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyi ilə birgə təşkil edilən “Təhlükəsiz internet” təlimlərində iştirak edən müəllimlər tərəfindən keçirilib.
NRYTN tərəfindən kibertəhlükəsizlik və internet idarəçiliyi sahəsində maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə 2010-cu ildən Təhlükəsiz İnternet Günü ilə bağlı aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti və internet ictimaiyyətinin nümayəndələrinin məruzəçi və dinləyici qismində iştirakı, habelə gənclər və uşaqların aktiv şəkildə cəlb edilməsi ilə maarifləndirici tədbirlər keçirilir.
Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü (International Safer Internet Day) ənənəvi olaraq hər il fevral ayının ikinci həftəsinin çərşənbə axşamı günündə təşkil edilir.
Texnologiya bölməsindən digər xəbərlər
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Google Health 5.03 yeniləməsi yayımlandı: Yuxu izləmə və Strava inteqrasiyasında mühüm yeniliklər
Sony disk dövrünü bitirir: PlayStation oyunlarında yeni era başlayır
Azərbaycan şərabçılığının uğuru: Chabiant Bayan Shira Decanter World Wine Awards 2026 müsabiqəsində medal qazandı
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Elektrikli avtomobillərdə yeni dövr: 30 il ömürlü natrium-ion batareyalar təqdim edildi
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Apple-ın 2026-cı il OLED ekran tədarükçüləri məlum oldu
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı
Vikipediyanın həmtəsisçisi platformada bloklandı
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Women in CyberSecurity Azerbaijan kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün vebinar təşkil edib
Apple kameralı AirPods üzərində işləyir: təqdimat tarixi açıqlanıb
Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb
WhatsApp Android üçün yeni bölməni sınaqdan keçirir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



