Düşmənin başı üzərində TÜRK FIRTINASI – Cavab atəşinə məruz qalma riskini minimuma endirir
Təkərli və ya paletli şassi üzərində başqa bir maşının çəkmə gücünə ehtiyac duymadan manevr qabiliyyətli toplar olan özüyeriyən artilleriya qurğuları Quru Qoşunlarının müasir texnikası arasında mühüm yer tutur.
TED.az-ın məlumatına görə, hazırda özüyeriyən artilleriya sistemləri xarici görünüş cəhətdən tanka bənzəsə də, daha incə zirehə sahib olduğuna görə yaxın döyüşlərdə istifadə edilmir. Bu zireh texnikanın ekipajını yalnız yüngül atıcı silahların təsirindən və ya qəlpələrdən qoruya bilir. Bu maşınların əksəriyyətində piyada atəşinə qarşılıq vermək məqsədilə pulemyotdan istifadə edilir. Bu silahların ən böyük üstünlüyü onları çəkən başqa bir maşına ehtiyac duymadan sürətli bir şəkildə döyüş yerinə gedə bilməsidir. Lakin topun atəş aça bilməsi üçün maşının dayanması və atəşə hazır vəziyyətə gətirilməsi lazımdır.
Ordumuzun silahlanmasında Türkiyə, İsrail, Rusiya, Çexiya, Belarus və keçmiş SSRİ-yə aid özüyeriyən artilleriya qurğuları üstünlük təşkil edir.
“155 Fırtına” Cənubi Koreyanın K-9 Thunder əsasında Türkiyədə istehsal olunmuş özüyeriyən artilleriya qurğusudur. Ağırlığı 47 ton, sürəti 66km/saatdır.
Cənubi Koreya istehsalı 155/52 mm kalibr top, avtomatik mərmi doldurucu mexanizm və Almaniya istehsalı MTU dizel mühərrik kimi bir çox xüsusiyyətlərinin K-9 ilə oxşar olmasına baxmayaraq, T-155-in qülləsi, şassinin bəzi hissələri, naviqasiya sistemi və atəşi idarəetmə sistemi Türkiyədə istehsal olunur. Aselsan tərəfindən istehsal olunan daxili naviqasiya sistemi koordinatları 17.5 metr xəta ilə müəyyən etməyə imkan verir. Fırtına 30 saniyə ərzində atəşə hazır vəziyyətə gətirilir.
T-155 “Fırtına” haubitsası “Bir top-Bir batareya” konsepsiyasına və “vur-qaç” (shoot and scoot) prinsipinə əsaslanaraq hazırlanıb. Atəş tapşırığının tamamlanmasından 30 saniyə sonra “Fırtına” öz mövqeyini tərk edə bilir. Haubitsa sahib olduğu daxildən idarəedilən avtomatik lülə kilidləmə sistemi vasitəsilə qısa müddətdə mövqeyini dəyişdirərək düşmənin cavab atəşinə məruz qalma riskini minimum səviyyəyə endirə bilir.
“2S19 Msta” Rusiya istehsalı olan 152 mm-lik özüyeriyən artilleriya qurğusudur. 2S3 Akatsiya özüyeriyən artilleriya qurğusunun davamçısı olaraq, onu əvəz etmək məqsədilə 1989-cu ildə keçmiş Sovet ordusunda xidmətə qəbul olunub. Texnika T-80 tankının şassisi üzərində yerləşsə də, mühərriki T-72 tankına aiddir. Ağırlığı 42 ton, şosse sürəti 60 km/saatdır.
Belarus istehsalı olan “2S7 Pion” ilk dəfə 1975-ci ildə keçmiş Sovet ordusu üçün yaradılıb. T-80 tankının şassisi üzərində qurulan 203 mm-lik 2A44 topudur. Heyəti 7 nəfərdən ibarətdir. Nüvə sursatı daşıya bilir. Adi mərmilər ilə maksimal atəş məsafəsi 37.5 km təşkil edir. Silahın maksimal atəş məsafəsi 47.5 km, minimal atəş məsafəsi isə 8.4 km təşkil edir. Silahın maksimal atəş məsafəsini 55.5 km-ə qədər artırmaq olar. Qülləsinin qalxma bucağı 0....60° olan bu özüyeriyən artilleriyanın yanacaq tutumu 1280 litrdir.
Tatra T815 VVN 6x6 şassi əsasında İsrailin 155 mm özüyeriyən artilleriya qurğusu olan “ATMOS 2000”, işçi qüvvəsini, topçu batareyalarını, bunkerləri məhv etmək, habelə minalanmış ərazilərdə və sahə maneələrini keçidlərlə təmin etmək üçün hazırlanıb.
Günel QURBANOVA
Texnologiya bölməsindən digər xəbərlər
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Windows 11 Dekabr Yeniləmə Sınağı
200 Meqapikselli Kameralar 2026-cı ildə Trend Ola Bilər!
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Çin Avtomatik Qapı Dəstəklərinə Müharibə Elan Edir
Coursera və Udemy birləşir!
Xiaomi, 2026-cı il SU7 Modeli ilə Tesla-ya meydan oxuyacaq!
Həftənin ən çox oxunanları
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
EA Satışı üçün Kritik Təsdiq!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Yeni Jeep Compass Tezliklə Gələcək!
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

